16 may 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında 327 saylı orta məktəbin 3-cü sinif şagidləri üçün maraqlı və maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiya zamanı kitabxananın əməkdaşı uşaqlara kitabxanadan istifadə qaydaları barədə ətraflı məlumat verib. Onlar həmçinin yeni daxil olan uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Müxtəlif janrlarda yazılmış maraqlı və rəngarəng kitablar uşaqların diqqətini cəlb edib. Ekskursiya çərçivəsində uşaqlara yemi kitabların icmalı keçirilib. Seçilmiş kitabların mövzusu, müəllifləri və əsas ideyaları haqqında danışılıb, müzakirələr aparılıb.
Sonda uşaqlara kitabxana və oxu mədəniyyəti mövzusunda hazırlanmış maraqlı animasiya filmi nümayiş etdirilib. Çizgi film vasitəsilə uşaqlar kitabxananın əhəmiyyəti və kitablarla dostluğun gücü barədə daha dolğun təsəvvür əldə ediblər.
Ekskursiyanın əsas məqsədi şagirdlərin kitabxana haqqında biliklərini artırmaq, onlarda mütaliəyə maraq oyatmaq və müasir ədəbiyyatla yaxından tanış etməkdir.