• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Rafiq Yusifoğluna həsr olunmuş kitab və elektron-məlumat bazasının təqdimatı keçirilib
    24-04-2025 17:49:00

    24 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, ədəbi mükafatlar laureatı Rafiq Yusifoğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanan “Rafiq Yusifoğlu: biblioqrafiya” adlı kitabın və virtual oxucular üçün nəzərdə tutulmuş elektron-məlumat bazasının təqdimatı baş tutub.

    Təqdimatda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri, millət vəkili Elnarə Akimova,  Jalə Əliyeva, prof.Elman Quliyev, prof.Şahin Xəlilli, AMEA-nın Əlyazmalar, Folklor İnstitutlarının gənc alimləri,   uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Çinarə Köçərli, Reyhan Yusifqızı, Zahirə Cabir, Gülzar İbrahimova, ADPU və Sumqayıt fialialının pedaqoqları və bir sıra görkəmli qonaqlar iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq qeyd edib ki, görkəmli şair, ədəbiyyatşünas,”Göyərçin” uşaq jurnalının baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu olduqca istedadlı və məhsuldar bir qələm sahibidir. 1966-cı ildən imzası mətbuatda görünən Rafiq Yusifoğlunun indiyədək bir çox kitabları, şeirləri, hekayələri, XX cildlik seçilmiş əsərləri və məqalələri çap olunub.

    Respublika Uşaq Kitabxanası tərəfindən tərtib olunan və ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən biblioqrafik göstərici və elektron məlumat bazası 1966-2025-ci illərdə dərc olunan materialları əhatə edir. Biblioqrafik göstərici 520 səhifə və IV hissədən ibarətdir. Göstəricidə "Rafiq Yusifoğlunun ədəbiyyat, elm, sənət haqqında fikir və mülahizələri”, “Görkəmli Şəxsiyyətlər Rafiq Yusifoğlu haqqında”, “Rafiq Yusifoğlu görkəmli şəxsiyyətlər haqqında”adlı bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının marağına səbəb olacağı  şübhəsizdir.

    Təqdimatda çıxış edən qonaqlar  öz növbəsində Rafiq Yusifoğlunun ədəbiyyatşünaslığa, poeziyaya və uşaq ədəbiyyatına verdiyi töhfələrlə Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış bir şəxsiyyət olduğunu vurğuladılar. Həmçinin, qeyd edildi ki,  Rafiq Yusifoğlunun "Ədəbiyyatşünaslığın əsasları" kimi dərslikləri, "Uşaq ədəbiyyatı", "Müasir ədəbi proses və ədəbi tənqid", "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" kimi monoqrafiyaları və məqalələri ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

    Rafiq Yusifoğlu çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına mühüm töhfələr vermiş alimdir. Bu biblioqrafik kitab və elektron baza tədqiqatçılar, müəllimlər və gənc oxucular üçün əvəzsiz mənbədir.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft