• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Kitab klubu”nun növbəti kitab icmalı
    18-02-2025 09:37:00

    18 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının gənc kitabxanaçılar və BDU-nun istehsalat təcrübəsində olan tələbələri üçün növbəti kitab icmalı keçirilib. İcmalda yazıçı Rövşən Abdullaoğlunun yetkinlik yaşına çatanlar üçün yazdığı “Ləpirçinin macəraları” seriasından olan “Xilaskar”, “İlk səfər”, “Meymunlarla saziş” və “Nəhəng ləpirin sahibi” adlı kitabları haqqında geniş məlumat verilib.

    İcmalda qeyd olunub ki, "Ləpirçinin macəraları" adlı seriya 6 müxtəlif adda kitabdan ibarətdir və oxucunu əyləndirərək düşündürməklə ən gözəl mənəvi dəyərləri aşılayır.

    Seriyanın “Xilaskar” adlı kitabında gənc oxucular xəyanətin, qəddarlığın, paxıllığın, insanları zahiri xüsusiyyətlərinə görə dəyərlərdirməyin acı nəticələrini görəcək, heyvanlarla mərhəmətli davranmağı öyrənəcək, dostluq və sədaqətin, fədakarlığın necə gözəl bəhrə verməsinə şahid olacaqlar. “İlk səfər” kitabında gənc oxucular qəhrəman Lano ilə birlikdə doğma torpağa, xalqa bağlılığın vacibliyini anlayacaq, mərhəmətin düşmənçilik toxumlarını məhv edərək sülh yartdığını öyrənəcək, sonsuz şəfqətdən doğan gücün, heyvanla insanın böyük dostluğunun şahidi olacaqlar. “Meymunlarla saziş” kitabını gənc oxuculara inadkarlığın, yersiz rəqabət hissinin insana necə zərər vurduğunu göstərəcək, bağışlamağı, yalnışa yol verərkən üzr istəməyi, çətinliklə üzləşdikdə ruhdan düşməyib çıxış yolu axtarmağı aşılayacaq. “Nəhəng ləpirin sahibi” kitabı isə gənc oxucuları canlılar aləminin rəngarəngliyi ilə tanış edir, onlara dostluqda vəfalı olmağı, canlılarla, xüsusən də özündən zəiflərlə mərhəmətli davranmağı, tanımadığı insanlar, anlamadığı hadisələr haqqında tələsik qərarlar verməməyi, səbirli davranmağın və müsbət düşünməyin faydalarını öyrədir.

    Sonda müəllifin böyük yaş kateqoriyası üçün yazdığı “Koramal”, “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon” və “Relslər üzərinə uzanmış adam” adlı kitabları haqqında da məlumat verilib.

    Kitab oxumağın, xüsusən də yetkinlik yaşına çatanlara müsbət təsirləri çox genişdir.

    Kitab icmalının keçirilməsinin əsas məqsədi yetkin insanın zəka və intellektual inkişafını dəstəkləmək, sosial bacarıqların qurulmasına, dil və üslubun inkişafına dəstək olmaqdır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft