• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Firidun bəy Köçərlinin doğum günü yad edilib
    27-01-2025 18:09:00

    27 yanvar 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında Azərbaycan xalqının böyük maarifpərvər oğlu F.Köçərlinin (1863-1920) doğum günü yad edilib. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış və Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində dərin iz qoymuş görkəmli Azərbaycan ziyalılarından biri də Firidun bəy Köçərlidir. Kitabxananın oxu zalında keçirilən tədbirdə F.Köçərlinin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

    Ədəbiyyatşünas, ictimai xadim - Firidun bəy Köçərli həyatda cəmi 57 il ömür sürmüşdür. Lakin onun həyatda belə qısa ömür sürməsinə baxmayaraq xalqımızın mədəni inkişafı yolunda çox əhəmiyyətli işlər görə bilmişdir. O, ömrünün 40 ilini millətin maariflənməsi və mədəni tərəqqisinə, mövhumat və cəhalətə qarşı mübarizəyə həsr etmişdir.

    Firidun bəy Köçərlinin doğum günü münasibətilə Respublika Uşaq Kitabxanasının metodika şöbəsi tərəfindən ədib haqqında metodik vəsait, Məlumat-biblioqrafiya şöbəsi tərəfindən isə geniş veblioqrafiya hazırlanaraq virtual oxuculara təqdim edilib.

    Veblioqrafiyada ədibin həyat və yaradıcılığı haqqında məlumat, F.Köçərli haqqında tanınmış şəxslərin fikirləri, həmçinin ziyalıya həsr olunmuş şeirlər, şəkillər və videomateriallar, 167 adda qəzet və jurnal məqaləsi, 28 adda tammətnli materiallar təqdim edilib.

    Metodik vəsait və veblioqrafiya ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz.

    https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2025/az-rbaycan-xalqinin-maarifp-rv-r-oglu-firidun-b-y-koc-rli

    https://clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/d-biyyat-kesikcisi-idealist-mu-llim-firidun-b-y-koc-rli

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft