• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Eşitmə və nitq məhdudiyyətli uşaqlar Qobustan Milli Dövlət Tarixi-Bədii Qoruğunda ekskursiyada olub
    18-04-2025 17:54:00

    18 Aprel 2025-ci il tarixində “Tarixi Abidələrin Mühafizəsi Günü” münasibətilə 2 nömrəli xüsusi internat məktəbinin eşitmə və nitq məhdudiyyətli uşaqları üçün Qobustan Milli Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub. Tədbir F.Köçərli adına Respublka Uşaq Kitabxanası və “Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək” İB-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

    Ekskursiyanın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsimizlə yaxından tanış olmalarını təmin etmək, onlarda tarixi abidələrə və milli dəyərlərə maraq yaratmaq, həmçinin inklüziv təhsil və mədəni maarifləndirməni təşviq etməkdir.

    Ekskursiya zamanı uşaqlar Qobustan Milli Dövlət Tarixi-Bədii Qoruğunun ərazisində yerləşən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qayaüstü rəsmlərlə, qədim yaşayış məskənləri, daş kitabələr və muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Onlara bu unikal abidələrin tarixi əhəmiyyəti, tədqiqat prosesi və qorunması barədə ətraflı məlumat verilib.

    Ekskursiya boyunca bələdçinin təqdimatlarını işarə dili üzrə tərcüməçi və təlimçilər Şamil Sabirzadə, Könül Quliyeva tərcümə ediblər. Bu da uşaqlara təqdim olunan məlumatları daha rahat və əhatəli şəkildə qavramalarına şərait yaradıb.

    Tədbir həm maarifləndirici, həm də əyləncəli formatda keçib. Uşaqlar interaktiv təqdimatlarda iştirak edib, suallar verərək tarixi faktlarla yaxından tanış olublar.

    Belə layihələr xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası, maarifləndirilməsi və mədəni irslə tanışlığı baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

    Hər uşağın tarixlə tanış olmağa və mədəni irsi yaşamağa haqqı var!

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft