• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    "23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə dəyirmi masa keçirilib
    23-04-2025 18:37:00

    23 aprel 2025-ci il tarixində S.Abdullayev adına 290 saylı tam orta məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə “23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar dəyirmi masa keçirilib. 

    Bu gün 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 aprel tarixində bütün dünyada tədbirlər keçirilir.

    Məktəblilərə kitabxana əməkdaşları tərəfindən əlamətdar günlə bağlı məlumat verilib. Fransız yazıçısı V.Hüqonun "Səfillər" romanı əsasında müzakirə aparılıb. Şagirdlərlə birgə "Səfillər" romanındakı obrazların təhlili aparılıb, əsərdəki maraqlı faktlara nəzər yetirilib, diskussiya keçirilib. "Bütün dövrlərin 100 ən yaxşı kitabı" siyahısına daxil edilən "Səfillər" romanı müəllifin qeyd etdiyi kimi "kiçik adamlar haqqında hekayətdir".

    Bu günün qeyd olunmasında məqsəd şagirdləri kitablardan və mütaliədən zövq almağa təşviq etmək, onlarda bədii ədəbiyyata marağı artırmaqdır.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft