• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Zəfər yolunda 44 gün” adlı kitabın təqdimatı keçirilib
    05-11-2024 16:20:00

    5 noyabr 2024-cü il tarixində “8 Noyabr - Zəfər Günü” ərəfəsində Respublika Uşaq Kitabxanasında Bakı şəhəri üzrə ümumtəhsil məktəb şagirdlərinin və 1 nömrəli UGİM-in dərnək üzvlərinin iştirakı ilə uşaq yazarı Əziz Sultanla görüş keçirilib. Tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü il açan kitabxananın direktoru uşaq yazarı Əziz Sultanın 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Zəfər yolunda 44 gün” adlı kitabı haqqında məlumat verib. Kitabda 44 günlük Vətən müharibəsi boyunca xalqımızın igid oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri fədakarlıq, şücaət və qəhrəmanlıq nümunələri oxuculara təqdim edilir. 

    Kitabın müəllifi, yazıçı Əziz Sultan çıxış edərək kitabda 44 hekayənin yer aldığını söyləyib. Həmçinin qeyd edib ki, kitabda Vətən müharibəsi zamanı Ali Baş Komandanın yürütdüyü müdrik siyasət, xalqımızın nümayiş etdirdiyi həmrəylik və Azərbaycan ordusunun şücaəti yaşanmış real faktlar əsasında hekayə olaraq yeniyetmə və gənclər üçün qələmə alınıb. 

    Görüşdə məktəblilərlə yazar arasında maraqlı sual-cavab sessiyası keçirilib. Məktəblilər yazara müəllifi olduğu kitablarla bağlı suallar ünvanlayıb, Vətən, şəhidlər və bayraqla bağlı öz fikirlərini dilə gətiriblər. 

    Tədbir Şanlı Zəfər tarixinin yeniyetmə və məktəblilər arasında təbliği, mütaliə vərdişlərinin artırılması məqsədilə təşkil olunub. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft