• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib
    07-11-2024 13:04:00

    7 noyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun təşkilatçığı ilə “20 Noyabr - Uşaq Hüquqlarının Müdafiəsi aylığı”na həsr olunmuş “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib. Tədbirdə uşaq yazarı Gülzar İbrahimova, kitabxana, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları, Vətən müharibəsində iştirak etmiş qazi ailələri və övladları iştirak edib.

    Kitabxananın direktoru tədbiri açaraq iştirakçıları salamlayıb və uşaq hüquqları və onların müdafiəsi haqqında ətraflı məlumat verib. 

    Kitabxananın əməkdaşı Əsmər Ağalar tərəfindən “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda baş tutan tədbirdə uşaq hüquqları barədə, bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən videoçarx təqdim edilib. 

    Fondun əməkdaşları “Uşaq hüquqları haqqında” BMT konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq və ailə, uşaq və cəmiyyət mövzularında maarifləndirici məlumatı diqqətə çatdırıb. 

    Tədbir zamanı uşaq yazarı Gülzar İbrahimova Vətən mövzusunda şeirlər səsləndirib, tədbir iştirakçılarına kitablar hədiyyə edib.

    Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarının həyata keçirilməsi mexanizminin yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılmasından ibarət olub.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft