• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Salman Mümtaz - 140” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
    24-05-2024 18:35:00

    Böyük vətəndaş, yorulmaz araşdırıcı və ərdəmli insan Salman Mümtaz gördüyü işlərlə torpağını və millətini şərəfləndirən şəxsiyyətlərdəndir.

    Salman Mümtaz uşaqlıq illərindən elmə böyük maraq göstərib. O, Aşqabadda təhsil almış, fars və ərəb dillərini də orada öyrənmişdir. İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlayıb və 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirib.

    Salman Mümtazın tariximizə dair dəyərli yazıları vardır. Əlyazmalar İnstitutunda onun tapıb ortaya çıxardığı çoxlu qədim fərmanlar, dəyərli tarixi sənədlər saxlanılır. Həmçinin onun araşdırmalarında yalnız Azərbaycan ədəbiyyatı yox, şərq klassikləri haqqında da geniş yazılar mövcuddur. Salman Mümtaz ədəbi irsimizi yalnız toplamaq və araşdırmaqla kifayətlənməyib, həm də onu geniş təbliğ edib. 23 il ərzində o, 20 adda kitab nəşr edib.

    1937–1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı kimi Salman Mümtaz da repressiya qurbanı olub. 1941-ci ildə o, siyasi dustaq kimi güllələnib.

    Azərbaycanlı şair, ədəbiyyatşünas və biblioqraf Salman Mümtazın 140 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası onun haqqında kitabxana fondunda mövcud olan kitabların, dövri mətbuat materiallarının biblioqrafik siyahısını tərtib edərək oxucuların istifadəsinə təqdim edir.

    Biblioqrafik göstərici ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

    https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/biblioqrafik-gostericiler/turk-dunyasinin-mumtaz-oglu-salman-mumtaz-140 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft