• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında “Kiçik əllərin yaşıl dünyası” adlı sərgi açılıb
    04-11-2024 13:45:00

    4 noyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş sərgi nümayiş olunub. Sərgi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və Aslan Ağayev adına 31 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin rəsm və əl işlərindən ibarət olub. Tədbirdə hər iki məktəbin müəllim kollektivi və şagirdləri, uşaq yazarı Mehriban Nağıyeva qonaq qismində iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova tədbir iştirakçılarını salamlayaraq Bakı şəhərində keçiriləcək COP29 tədbiri çərçivəsində ölkəmiz tərəfindən iqlim dəyişikliyinin təsirləri ilə milli və qlobal səviyyələrdə mübarizə istiqamətində göstərilən səylərdən ətraflı bəhs edib. Sonra uşaqlara müraciət edərək qeyd edib ki, təbiətin flora və fauna aləmini də qorumaq və daima təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcudur. Gəlin təbiətimizi, evimizi birlikdə qoruyaq və daha da gözəlləşdirək! 

    Kitabxananın əməkdaşı Əsmər Ağalar uşaqların məlumatlandırılması məqsədi ilə “Birgə daha sağlam gələcəyə” adlı prezentasiyanı təqdim edib. Prezentasiyanın kontentində COP(29) nədir?, COP tədbirlərinin məqsədi nədir? və s. kimi mövzular yer alıb. Çıxışda, həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir. Dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab edilən Tərəflər Konfransının 29-cu sessiyası üzrə ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. 

    Sonra isə uşaq yazarı Mehriban Nağıyeva məktəblilər üçün “İncinin nağıl dünyası” kitabından nağıllar oxuyaraq onların sevincinə səbəb olub. Tədbirdə səsləndirilən hər bir nitq sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə tərcümə edilib, hər bir uşağa yazıçı və kitabxana tərəfindən kitab hədiyyə edilib.

    Tədbirin sonunda 31 nömrəli tam orta məktəbin şagirdlərinin və sağlamlıq imkanları məhdud uşaqların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgiyə baxış keçirilib.

    Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, eləcə də mənəvi inkişafını, cəmiyyətə inteqrasiyasını və adaptasiyasını təmin etməkdir.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft