• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında “44 günlük dastan” adlı tədbir keçirilib
    27-09-2024 16:28:00

    27 sentyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Sübhnur” tədris və inkişaf mərkəzinin, “Nan Academy” tədris mərkəzinin birgə təşkilatçılığı ilə “44 günlük dastan” adlı Anım tədbiri keçirilib. Tədbirdə şəhid ailələri, müharibə veteranları və Yasamal rayon 308 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.

    Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Vətən müharibəsində tarixi Zəfərimizə, igid hərbçilərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub. 

    Tədbiri giriş sözü ilə açan “Sübhnur” tədris mərkəzinin təsisçisi Hüseynova Gülnarə bu il möhtəşəm tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başlanmasından 4 il ötdüyünü bildirib. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı. Həmçinin şəhidlərimizin döyüş yolunun uşaqlar arasında təbliğinin əhəmiyyətini vurğuladı. 

    Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nahid Ağalarovun ailəsinin, Vətən müharibəsi qazisi Zakir İmanovun, İsa Musayevin çıxışları dinlənilib.

    Sonra Yasamal rayon 308 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vətən müharibəsi və qəhrəmanlıq mövzusunda şeirlər səslənmiş və mahnılar ifa edilmişdir.

    Tədbir qürur mənbəyimiz olan şəhidlərimizə həsr olunmuş musiqili kompozisiya ilə yekunlaşıb.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft