• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Mənim hüquqlarım” adlı tədbir keçirilib
    04-11-2024 11:12:00

    4 noyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 saylı uşaq evi sosial xidmət müəssisəsinin şagirdlərinin iştirakı ilə “20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr olunmuş “Mənim hüquqlarım” adlı tədbir keçirilib.

    Kitabxananın direktoru tədbiri açıq elan edib və “Ümumdünya Uşaq Hüquqları” haqqında geniş məlumat verib, qeyd edib ki, uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir. Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Ölkəmizdə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmiş və ölkədə uşaq hüquqlarının təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməkdədir.

    Tədbirin davamında kitabxananın əməkdaşı Əsmər Ağalar uşaqlara mövzu ilə bağlı prezentasiya təqdim edib. Təqdimat zamanı şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Sonra isə məktəblilərlə interaktiv sual-cavab sessiyası keçirilib, şagirdlər hüquq və vəzifələri haqqında fikirlərini bildiriblər.

    Tədbirin məqsədi uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaq, uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının artırılmasıdır. Uşaqların maariflənməsi sağlam cəmiyyətin təməlini inşa etməkdir. 

    Sonda məktəblilər kitabxana ilə tanış olub və onlara “Göy qurşağı“ uşaq jurnalı hədiyyə edilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft