• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Azadlığın zirvə günü” adlı tədbir keçirilib
    15-01-2024 12:52:00

    15 yanvar tarixində  Azərbaycan və Türkiyə şəhid ailələri nümayəndələrinin iştirakı ilə 20 yanvar hadisəsinə həsr olunmuş “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.

     Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və 229 nömrəli tam orta məktəbin   təşkilatçılığı ilə  baş tutan tədbirdə Türkiyədən gəlmiş şəhid ailələrinin təmsilçiləri, millət vəkilləri, Nizami rayonundan  şəhid anaları,  Türk Ağsaqqallar Birliyi – TAİB-in idarə heyətinin üzvləri  və digər qonaqlar iştirak ediblər.

    Öncə qonaqlar məktəbin həyətində  şəhidlərin xatirəsinə həsr olunun abidə kompleksi önünə gül dəstələri qoyub. Ardınca məktəbdə  fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri, rəsm və kitablardan ibarət sərgiyə baxış keçirilib. 

    Tədbir Azərbaycan və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

    Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Vüsalə Məmmədova bu kimi tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildirib.

    Daha sonra  F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında  20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi,  müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı. Ş.Qəmbərova çıxışının sonunda bütün iştirakçı heyətə təşəkkürünü bildirib.

    Tədbirdə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra  edən Mehriban Vəliyeva 34 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışıb, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib. 

    Tədbirdə çıxış edən millət vəkili Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıblar. Çıxış edənlər Azərbaycan və Türkiyədə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduqlarını, şəhid əmanətlərinin hər zaman dəyərli olduğunu ifadə ediblər.

    Tədbirdə şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və Türkiyədən olan şəhid ailələri nümayəndə heyətinin rəhbəri, qazi Metin Şenol çıxış edərək şəhidlərin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyib, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

    Çıxışçılar Azərbaycan və Türkiyə torpaqlarının bütövlüyü uğrunda canını qurban verən qəhrəmanların heç zaman unudulmayacağını, xatirələrinin daim qəlblərdə yaşayacağını qeyd ediblər.

    Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, pontamim tamaşa ilə davam edib.

    Tədbirdə həmçinin məktəbdən kənar təhsil müəssisələrinin  3saylı UGİM-nin və H.Sarabski adına musiqi məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri  təqdim edilib

     Əsas məqsəd böyüməkdə olan gənc nəslə tariximizi  yada salmaqla onlarda vətənə sevgi və məhəbbət hissini aşılamaqdır. Tədbirin sonunda təşkilatçılar tərəfindən Azərbaycan və Türkiyə əsgərlərini özündə əks etdirən xalça Türkiyədən gələn qonaqlara  təqdim edilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft