• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    ADA Universiteti Kitabxanası və Respublika Uşaq Kitabxanası arasında Memorandum imzalanıb
    02-10-2024 13:35:00

    2 oktyabr 2024-cü il tarixində ADA Universiteti Kitabxanası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumun məqsədi gənc nəslin nümayəndələri arasında elmi kütləviləşdirmək, dünyada baş verən innovativ inkişaf fonunda uşaq və gənclərin oxumaq ənənəsini qoruyub saxlamaq və onların akademik inkişafını dəstəkləməkdir. Memorandumda uşaq yazarı Solmaz Amanova, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru Nəzakət Məmmədli, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Ədilə Abdullayeva, ADA Məktəbinin şagirdləri və digər qonaqlar iştirak edib.

    Ölkəmizdə keçirilən 10-cu Yubiley Bakı Beynəlxalq Kitab Sərgisi zamanı sənədi ADA Universitetinin Kitabxana-İnformasiya Xidmətləri Departamentinin direktoru Elçin Məmmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova imzalayıblar.

    Şəhla Qəmbərova çıxışında Memorandumun imzalanmasına görə çox məmnun olduğunu dilə gətirib, həmçinin qeyd edib ki, bu Respublika Uşaq Kitabxanasının ilk və uğurlu memorandum imzalanması oldu. İnanıram ki, bu Memorandumun hər iki kitabxananın fəaliyyətində, ictimai-siyasi həyatında çox böyük töhfələri olacaq. 

    Elçin Məmmədov isə bildirib ki, dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyini qeyd etdiyimiz bu günlərdə imzalanan Memorandum elmi, biliyi və müvafiq sahə üzrə ədəbi nəşrləri cəmiyyət üzvlərinə, xüsusilə də uşaq və gənclərə əlçatan edir, kitabxana sahəsində əməkdaşlığı gücləndirir.

    Üç il müddətində qüvvədə olacaq bu sənəd kitabxana işi sahəsində informasiya resurslarının, onlayn kataloq və rəqəmsal xidmətlərin mübadiləsini, uşaq ədəbiyyatı və əlaqəli sahələr üzrə çap və audio-vizual materialların qarşılıqlı istifadəsini təmin edəcək, habelə uşaq və gənclərə kitabxanadan müddətli istifadə hüququ qazandıracaq.

    Memorandum çərçivəsində tərəflər beynəlxalq seminar, elmi konfrans, dəyirmi masalar təşkil edəcək və qarşılıqlı maraqdan irəli gələn yerli və beynəlxalq layihə və proqramlarda birgə iştirak edəcəklər.

    Memorandumun sonunda ADA Məktəbinin şagirdlərinə “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft