• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir keçirilib
    27-09-2024 12:26:00

    27 sentyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Zəfərə gedən yol” adlı tədbir keçirilib. “27 Sentyabr - Anım Günü” münasibətilə keçirilən tədbirdə qonaq qismində uşaq yazarı Çinarə Köçərli və M.Rahim adına 7 saylı məktəbin 6-ci sinif şagirdləri iştirak edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirililib. Sonra kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açıq elan edib və çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən bəhs edib, həmçinin bildirib ki, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə olan dərin ehtiramın ifadəsidir.

    Sonra kitabxananın əməkdaşı 44 günlük zəfərlə yekunlaşan Vətən müharibəsinin qısa icmalını və mövzu ilə bağlı məlumatları özündə əks etdirən kitabları şagirdlərə təqdim edib. İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Əsmər Baratzadə skripkada Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura ifa edib.

    Tədbirdə yazıçı Çinarə Köçərli uşaqlara üç cildli “44 gün Qarabağda” adlı kitabı haqqında məlumat verib. Yazıçı uşaqlara, həmçinin Vətən müharibəsi ilə bağlı suallar ünvanlayıb və ən doğru cavabı səsləndirən iki məktəbliyə kitablarını hədiyyə edib. Həmçinin məktəblilər birgə şəhid Xudayar Yusifzadədən bizə xatirə qalan - Əliağa Vahidin sözlərinə yazılan “Vətən yaxşıdır” təsnifini ifa ediblər.

    Sonda Şəmistan Əlizamanlının “Vətən əmanəti” nəğməsi Əsmər Baratzadənin təqdimatında ifa olunub. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft