• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Göy Qurşağı” jurnalının 77-ci buraxılışı işıq üzü görüb
    06-04-2023 15:00:00

    Respublika Uşaq Kitabxanasının uşaq və yeniyetmələr üçün təsis etdiyi “Göy Qurşağı” jurnalının 77-ci buraxılışı işıq üzü görüb.

     32 səhifədən ibarət jurnalda Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermiş  Firidun bəy  Köçərli haqqında geniş və  eyni zamanda, maraqlı məlumatlar verilib.

    Jurnalın ilk səhifələrində Respublika Uşaq Kitabxanasının “Qızıl fonddan seçmələr” başlığı altında Cəlil Rəfiyevin “Quş yuvası” nağılı və Hikmət Ziyanın “Quşların nəğməsi” şeiri yer alıb.  

    "Yeni kitablar bizim rəflərimizdə”  rubrikasında isə uşaqların bilməsi mühüm olan anlayışlar, zaman, məkan, ölçü vahidləri, sadə toplama və çıxma əməlləri, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli, nəfis tərtibatlı kitabların  annotasiyaları verilib.

    Jurnalda “Nəğməkar quş nə deməkdir? ”,  “Nağıllar ayı”,  “Uşaqlarınızın ehtiyaclarını başa düşün”, başlıqları altında maraqlı məlumatlar, həmçinin Şəlalə Əmrahovanın Alman dilindən tərcümə etdiyi “Bir qış axşamı” (Elke Breunling), “Nənə və babalar super qəhraman kimidirlər” (Fausto Brizzi),  “Потешкина дорога” (Yuliya Kərimova), “Brave bear” (Solmaz Amanova)  və Ələmdar Quluzadənin balacalar üçün yazdığı şeirlər yer alıb.

    Jurnalın digər səhifələrində uşaqlar həmyaşıdlarının yaradıcılığı ilə yaxından tanış ola bilər. Balaca rəssamların “Sualtı fantaziya” mövzusunda olan rəngarəng və gözəl  rəsmlərləri sərgilənib. 

    Jurnalın son səhifələrində isə yeniyetmə-gənclərin kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması,  intellektual və yaradıcı inkişafına təkan verilməsi məqsədilə məntiqi suallar, tapmaca və digər əyləncəli oyunlar yer alıb.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft