• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı
    23-02-2022 22:17:00

    23 fevral tarixində Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yazıçı-publisist, Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Bədii düşüncədə Qarabağ” kitabının təqdimatı keçirilib. Tədbirdə  Yasamal rayonu 21 saylı məktəbin yuxarı sinif şagirdləri, BDU-nun tələbələri, şair, Yazıçılar Birliyi Gənclər Şurasının sədri Fərid Hüseyn, şair-publisist Rafael Tağızadə, bədii qiraətçi Zülfiyyə Eldar qızı, “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, qəzəlxan Mahcamal iştirak ediblər. Tədbir  Xocalıda və Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs Vətən savaşında mərdliklə döyüşərək  şəhid olmuş vətən oğullarının əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında Xocalı faciəsi haqqında ətraflı məlumat verərərək qeyd etdi ki, dünyada az belə faciə var ki, Xocalıda törədilən vəhşiliklərlə müqayisə edilsin, mənəvi dəyərlərə zidd olan qətl və zorakılıq kimi qeyri-insani cinayət əməlləri törədilsin. 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə əliyalın, müdafiəsiz sakinlər erməni işğalçılarının amansız hücumuna məruz qalaraq məhv edildi. Qocalara, uşaqlara, hətta hamilə qadınlara belə rəhm edilmədi. Bəli, elə bu baxımdan da amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamını daima təbliğ edərək gələcək nəsillərə çatdırmaq biz kitabxanaçıların da borcudur. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və  bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. 

    Zemfira Məhərrəmlinin sayca 15-ci kitabı olan “Bədii düşüncədə Qarabağ” taleyimizə yazılan 30 illik savaşın başlanğıcından 44 günlük Vətən müharibəsinədək olan bir dövrü əhatə edir. Kitaba ön söz yazan “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “ədəbiyyatımızın Qarabağnaməsi” olan bu kitabı yazıçı tənqidinin “Ədəbiyyatlaşan Qarabağ” səhifəsi adlandırıb. Kitabda yazıçının yer aldığı yeddi hekayəsi onun öz ədəbi kriteriyalarına nə dərəcədə sadiq olduğunu təsdiqləyir. Kitabın redaktoru şair-tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli qeyd edib ki, bu müqəddəs mövzu və onunla bağlı yaranmış çağdaş ədəbiyyatımız ilk dəfə olaraq sözügedən kitabda geniş təhlil olunmuşdur.

    Şair, Yazıçılar Birliyi Gənclər Şurasının sədri Fərid Hüseyn çıxışında bildirib ki, bu kitab Azərbaycan bədii-publisistikasında yeni bir səhifə açıb. Kitabda Qarabağ mövzusunda bədii mətnlər yazan tanınmış simalardan R.Rza, X.R.Ulutürk, Anar, Elçin, A.Şıxlı, F.Qoca, F.Məmmədli  də digər ədiblərin  əsərlərinin  təhlili yer alıb. Kitabın təqdimatının bu ərəfədə keçirilməsi bir daha göstərir ki, Qarabağ mövzusu yazıçının yaradıcılıq zirvəsində durur və Azərbaycan oxucusu bundan sonra Zemfira Məhərrəmlini yalnız publisist kimi deyil, eyni zamanda, dəyərli bədii mətnlərin müəllifi-yazıçı kimi də tanıyacaq.

    Xocalıya həsr edilmiş video slaydın təqdimatı, digər qonaqların ətraflı və məzmunlu çıxışından sonra Zemfira Məhərrəmli yeniyetmə və gənclərin kitab ətrafında suallarını cavablandırıb. Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdıran müəllif kitab haqqında fikirlərini bölüşən hər kəsə öz minnətdarlığını bildirdi.

    Tədbir  sonda xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft