• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Şəhid leytenant Murad Nağıyev haqqında kitabın təqdimatı keçirildi
    14-06-2022 20:26:00

    İyunun 14-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində qəhrəman tank komandiri, şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı baş tutdu. Təqdimatdan öncə  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

    Tədbirdə şəhidin ailə üzvləri, yaxınları,  Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov, Qarabağa Dönüş Təşkilatının Media və kommunikasiya şöbəsinin müdiri  Əhməd Mahmudov, "Təhsil" nəşriyyatının baş direktoru Tural Axundov, tələbələr, KİV nümayəndələri və s qonaqlar iştirak etdilər.

    "Təhsil" nəşriyyatında nəşr olunan kitabın  tərtibçisi Banu Hümbətli, Sərxan Nağıyev, redaktoru isə İbrahim İlyaslıdır.

    Təqdimatın çıxışçıları  İbrahim İlyaslı, şəhid Murad Nağıyevin təhsil aldığı 271 saylı orta məktəbinin direktor müavini Rüxsarə Əlizadə, döyüş yoldaşı, baş leytenant Namiq Səfərov, aktyor, dramaturq,  Kamran Ağabalayev,  Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, BKM-nin direktoru Günel Anarqızı,  şəhidin ailə üzvləri çıxış edərək, Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab haqqında  məlumat verdilər.  

    Ağdam muğam məktəbinin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” səsləndi. Həmçinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının ifasında şəhid Murad Nağıyevin qələmə aldığı və “Murad” kitabına daxil olunmuş şeirləri dinlənildi. 

    Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edilir. 

    Kitaba, həmçinin, Murad Nağıyevin şeirləri, xüsusilə də cəbhədə olarkən qələmə aldığı sətirləri daxil edilmişdir.

    Şəhid leytenant Murad Nağıyev vəfatından sonra "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft