• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Moldova Milli Uşaq Kitabxanası ilə “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Novruz – milli- mənəvi dəyərlərimiz” adlı görüş keçirildi
    16-03-2022 17:34:00

    16 mart 2022-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində Bakı Avropa Liseyində “Novruz – milli-mənəvi dəyərlərimiz” adlı ZOOM platforması üzərindən virtual görüş keçirildi. 

    Novruz bayramı ərəfəsinə təsadüf edən bu tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etmək, Novruzla əlaqədar milli adət-ənələrimiz haqqında Moldovada yaşayan məktəbli uşaqları məlumatlandırmaq idi. Həmin görüşdə, uşaqlar Novruzla bağlı bayram şənliyini təqdim etdilər, hər iki tərəfi maraqlandıran bütün sualları cavablandırmaqla yanaşı, mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Tədbirdə milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu. Uşaqların ifasında şeirlər, mahnılar səsləndirildi, musiqi nömrələri ifa olundu. Rəngarəng kompozisiyada bədii və tarixi personajlar- Dədə Qorqud, Bahar qız, Novruz bayramının əsas qəhrəmanları hesab olunan Kosa və Keçəl bayram əhval-ruhiyyəsini tədbirin qonaqlarına çatdırdılar.

    Moldova məktəbliləri öz növbələrində Moldovada və Rumıniyada keçirilən Martişor adlı bahar bayramı haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, Martişor mart ayının 1-də qeyd olunur, həmin gün insanlar bir-birinə ağ və qırmızı saplardan hazırlanmış çələnglər, döş nişanları verirlər.

    Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində 17 mart 2017-ci ildə Ukrayna Milli Uşaq Kitabxanası ilə Azərbaycan uşaq yazıçısı Solmaz Amanova və xalq rəssamı Arif Hüseynovun iştirak etdiyi “Azərbaycan-Ukrayna: Dostluq kitabdan başlayır”, 13 mart 2018-ci il tarixində “Milli musiqi alətlərimiz”, 14 mart 2019-cu ildə “Milli geyimlər və folklor” adlı virtual görüşlər keçirmişdir.

     

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft