• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Gənc istedadlı məktəbli Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı keçirildi
    06-06-2022 15:07:00

    6 iyun tarixində  Respublika Uşaq Kitabxanasında məktəbli, şair-publisist, istedadlı yazar Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı baş tutdu. Tədbirdə “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova,  uşaq yazarı Sevinc Nuruqızı, Kaspi liseyinin şagird və müəllim kollektivi, şəhid Ramazan Göydağlı, Cavid Səfərli, mayor Emin Süleymanovun ailə üzvləri, yaxınları, digər qonaqlar iştirak etdi. Kitab təqdimatı respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Təqdimatda çıxış edən F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova kitabdan geniş bəhs edib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xalqımızın qəlbində və xatirələrində daim yaşayacağını qeyd etdi. Bildirdi ki, müəllifin “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabları 2018-ci ildə, “Ulu Naxçıvanım” adlı nəşr və “Könüllərə yol gəzirəm” adlı şeir kitabları isə 2020-ci ildə nəşr edilmişdir. Bu kitabların hər biri müəllifin kimliyindən xəbər verməklə onun daxili aləminin zənginliyini göstərir. 700-dən çox səhifədə qərar tutmuş “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabın əsas mövzusunu 1-ci Qarabağ müharibəsi, atəşkəs dövründə, 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz döyüşləri, nəhayət, 44 günlük Vətən müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçıları haqqında həssaslıq, vətənpərvərlik, Vətən oğullarının qısa, lakin olduqca mənalı və qürurverici həyat və döyüş yollarından bəhs edən publisistik məqalələr, şeirlər, şanlı ordumuza, qəhrəmanlığa həsr edilmiş zəfər ətirli şeirlər, eləcə də 1992-2020-ci illərdə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman Azərbaycan oğulları haqqında müəllif tərəfindən yaradılmış Vikipediya səhifələri təşkil etmişdir.Kitabda 76 şəhid, 2 qazi və 2 müharibə iştirakçısı haqqında məqalə və şeir, azad edilmiş ərazilərimiz və vətənpərvərlik mövzusunda 40-dək şeir və 365 nəfər şəhidimiz haqqında ensiklopedik məlumat yer almışdır. Kitabı 400-dən çox Vətən oğulları — şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları haqqında ensiklopedik toplu kimi də qəbul etmək olar. “Möhtəşəm zəfərin nişanəsi” kitabını zəfər yolunun xronikası, 44 günlük müharibənin gündəliyi də adlandırmaq olar.

    Təqdimatda çıxış edənlər istedadlı uşaq və yeniyetmələrin üzə çıxarılmasında, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin təşkilinin əhəmiyyətindən söz açaraq, bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dövlət siyasətinin əsas vəzifələrindən olduğunu bir daha vurğuladılar. Sevindik Nəsiboğluya həsr olunmuş çarxlı slayd tədbir iştirakçıları tərəfindən izlənildi. Sevindik öz kitablarına imza atıb yaşıdlarına hədiyyə etdi. Kaspi liseyinin məktəbliləri, Sevindiyin həmyaşıdları onun kitabından Vətənə həsr olunmuş şeirləri söylədilər, onları maraqlandıran sullarlarla müəllifə müraciət etdilər. Uşaq yazarı Sevinc Nuruqızı gənc istedadlı yazara yeni-yeni yaradıcılıq uğurları arzulayıb xeyir-dua verdi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft