• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bursada keçirilən “Əvvəl Zamanı” Nağıl Festivalında iştirak edib
    27-06-2022 16:40:00

    17-26 iyun tarixlərində  Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, UNESCO-nun Türkiyə üzrə Milli Komitəsi, TÜRKSOY-un dəstəyi ilə Türkiyənin Bursa şəhərində təşkil olunan “Əvvəl Zamanı” Nağıl Festivalında F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova  və kitabxananın elmi işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi Zahira Dadaşova iştirak ediblər.  Keçirilən nağıl festivalında, həmçinin Qazaxıstan, İran və Türkiyənin digər bölgələrindən  qonaqlar və nağılçılar iştirak  ediblər. Festival çərçivəsində qədim  Bursa şəhərinin 10 fərqli məkanında (parklarda, muzeylərdə, açıq havada) 32 nağılçı tərəfindən 100 nağıl 7-dən 70-ə  təqdim edildi.

    Keçirilən festivalın əsas məqsədi uşaqlara əyləncəli və özünəməxsus üsulda müxtəlif məkanlarda nağılçılar tərəfindən  nağılların təqdim edilməsidir.

    Festival  günlərində  Respublika Uşaq Kitabxanasının nümayəndə heyəti Bursa şəhəri Gazzeli Ahmed Əfəndi Mədəniyyət Mərkəzində, Alipaşa Oyuncaq Kitabxanasında, Lala Şahin Paşa Cocuk kitabxanasında, İnəbəy Əlyazmaları Kitabxanasında oldular və kitabxana ilə yaxından tanış olduqdan sonra hər bir kitabxanaya Azərbaycan xalq nağılları kitabını və “Göyqurşağı” uşaq jurnalını hədiyyə etdilər.

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təqdim olunan nağıl, dastan və əfsanələr izləyicilər tərəfindən  maraqla qarşılandı. Nağıl, dastan və əfsanələrin fərqli məzmununa görə  Respublika Uşaq Kitabxanasının Direktoru Şəhla Qəmbərovaya və direktor müavini Zahirə Dadaşovaya TÜRKSOY-un xüsusi təşəkkür lövhəsi təqdim edildi.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft