• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    F.Köçərli adına Respublika Uşaq Kitabxanası 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində öz tədbirlərinə start verib
    05-10-2022 22:05:00

    5-9 oktyabr tarixlərində Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitab təqdimatları ilə iştirak edir. 

    7 oktyabr tarixində, sərginin  “Təhsil” Nəşriyyatının stendində uşaq yazarı Raziyyə Rəhimzadənin rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabının imza günü keçirildi. Qeyd edək ki, kitab   Köçərli adına Respublika Uşaq Kitabxanasının və  “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin biirgə əməkdaşlığı çərçivəsində nəşr olunub. Yazıçı Raziyyə Rəhimzadənin kitabda  11 hekayəsi yer alıb. Sanki  müəllif  öz hekayələrində bir sehrbaz kimi tarixi Odlar diyarının şəklinin xalçasını toxuyur - burada hər naxış, hər ilgək ayrıdır. Kitabda "Yer planeti hələ çox gənc olanda" kökləri dərin, tarixdən əvvəlki antik dövrü əhatə edən əfsanə, digər mif və əfsanələr, palçıq vulkanları haqqında əfsanələr, muğam, bülbül, qızılgül, çobanyastığı, güvə, Atəşgah, Xəzri və Gilavar, Qız qalası və s., müəllifin orijinal, maraqlı təfsiri ilə təqdim edilmişdir.

    Raziyyə Rəhimzadənin bundan başqa uşaqlar üçün hekayə və əhvalatlardan ibarət “Zəfəran qəsəbəsinin tarixi” adlı kitabı rus dilində nəşr olunmuşdur. 

    Kitabın  naşiri Tural Axundov,  redaktoru Elşadə Əzizova,  rəssamı Nigar Mustafayevadır.

    Sərgi çərçivəsində keçirilən kitab təqdimatının əsas məqsədi  uşaqların intellektual inkişafında kitabın rolunu qeyd etmək, onları mütaliəyə həvəsləndirməkdir.

     

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft