• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Tarix yazan qəhrəmanlar” adlı onlayn tədbir keçirildi
    15-07-2021 21:47:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Nəsimi rayon Gənclər və İdman idarəsi, Azərbaycan İstiqlal Muzeyinin təşəbbüsü  və birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” adlı onlayn tədbir keçirdi.

    Tovuz döyüşləri xalqın qəlbində olan vətənpərvərlik hissinin, Vətənə, torpağa olan sevgisinin yenidən dirçəlməsinə səbəb oldu və bizim böyük zəfərə olan yolumuzu aydınlatdı.  

    Tədbiri çıxış sözü ilə Azərbaycan İstiqlal muzeyinin Elmi kütləvi işlər şöbəsinin müdiri Əskərova Şövkət açdı. 

    Tədbirdə Tovuz döyüşləri şəhidlərindən Azərbaycan Ordusunun giziri, Babayev Yaşarın bacısı Aynurə Babayeva, əsgər Elşad Məmmədovun bacısı Məhbubə Məmmədova, həyat yoldaşı Qönçə Məmmədova, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər Mustafazadə Elçinin qardaşı Elvin Mustafazadə, çavuş Vüqar Sadıqovun anası Zeynad Sadıqova, mayor Anar Novruzovun bacısı qızı Könül Qəmbərli, Tovuz döyüşləri ərəfəsində mərmi partlayışı zamanı həlak olan mülki vətəndaş Tovuz rayonu Ağdam kənd sakini Əziz Əzizovun qızı Zərnişan Əzizova və Tovuz döyüşləri şahidi, Tovuz sakini Vüqar Quluyev çıxış etdilər.

    Sonra,  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağıyev də Tovuz hadisələri ilə bağlı öz fikirlərini bölüşərək bütün şəhidlərimizi böyük fəxr hissi ilə anaraq bu cür tədbirlərin təqdirəlayiq olduğunu vurğuladılar.

    Zoom platforması üzərindən keçirilən onlayn tədbirdə Şəhid ailələrinin yaxınları, “AYTAM”  uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri, İdman könüllüləri, Lənkəran Heydər Əliyev mərkəzinin əməkdaşları, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagird heyəti iştirak etdilər.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft