• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Rus yazıçısı, təmsilçi, jurnalist İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibəti ilə “Krılovun təmsilləri” adlı müsabiqə keçirildi.
    27-02-2019 12:12:00

    Fevralın 27-də  F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə, rus yazıçısı, təmsilçi, jurnalist İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibəti ilə “Krılovun təmsilləri” adlı müsabiqə keçirdi. İlk əvvəl tədbir iştirakçılarına, kitabxana haqqında geniş məlumat verildi, sonra isə onlar öz yaradıcılığı ilə sevilən İvan Andreyeviç Krılov haqqında təşkil olunmuş kitab sərgisi ilə tanış oldular. Hələ on dörd yaşındaykən yaradıcılığa başlayan Krılov bir çox satirik əsərlər yazmış və ədəbiyyat aləmində böyük şöhrət qazandıran gözəl təmsillərin müəllifi olmuşdur.  Böyük şair A.S.Puşkin, məşhur tənqidçi Belinski, yazıçı Qoqol və başqaları onu həqiqi bir xalq sənətkarı adlandırmışdılar. Krılovun ən gözəl tərcüməsini Mirzə Ələkbər Sabir və Abbas Səhhət vermişdır. Bu iki sənətkarın tərcüməsi böyük rus şairini həmişəlik olaraq Azərbaycan oxucularına sevdirmişdir. Kitabxanada keçirilən tədbir, İvan Andreyeviç Krılovun həyat və yaradıcılığı barədə dolğun məlumat verən video- slaydın nümayişi ilə başladı. Tədbirdə, 42, 46, 95,151 saylı tam orta məktəb, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi və Bakı Avropa liseyinin müxtəlif sinif şagirdləri,  müəllim kollektivi və valideynlər iştirak edirdi. Yarışmada hər məktəb komanda şəklində yarışırdı. Yarışma iki mərhədən ibarət idi. İlkin mərhələdə komandalar, Krılovun təmsillərində olan persanajları canlandırdı. Sonuncu mərhələdə isə Krılovun şeirləri səsləndirildi. Sonra, viktorina keçirildi. Münsiflər heyətinin qərarı əsasında,

    1-ci yer, 46 saylı tam orta məktəb

    2- ci yer, Bakı Avropa liseyi

    3- cü yer, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi

    olmaqla qaliblər qiymətləndirildi. Tədbirin sonunda, iştirakçı uşaqların hər birinə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft