• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Mənim ağ göyərçinim” tamaşasının baxış-müzakirəsi və rəsm sərgisi keçirildi
    19-01-2019 10:24:00

    Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini Respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı əsasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşasının baxış-müzakirəsini və rəsm sərgisini keçirdi. Yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın yeni səhnə versiyasının müəllifi və quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimovadır. Öncə tamaşaya gələnlər teatrın II mərtəbəsinin foyesində Palitra Art Studiyası şagirdlərinin çəkdikləri rəsm əsərlərinin sərgisinə baxdılar. Rəsm əsərlərində şagirdlər 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğunu bir daha vurğuladılar. Rəsm əsərləri tamaşaya gələnlər tərəfindən maraqla qarşılandı. Yağlı boya ilə kağız üzərində çəkilmiş əsərlərin hər birində bir tarix yaşayır. Əsərlər həm canlılığı, həm də məzmunluğu ilə diqqət çəkirdi.  Qeyd edək ki, məna baxımından olduqca maraqlı olan bu əsərlər şagirdlərin incəsənət duyumundan, sənətə sevgisindən xəbər verirdi. Sərgidə 21 rəsm əsəri yer almışdı. Sərgi üç gün davam edəcək. Sərgiyə baxışdan sonra tamaşaya baxıldı. 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada sənədli kinoxronika materiallarından, müasir səhnə texnologiyasından ustalıqla istifadə olunmuşdu. Tamaşa uşaqlar tərəfindən maraqla qarşılandı.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft