• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Reyhan Yusifqızı ilə görüş keçirildi.
    30-04-2018 12:48:00

    30 aprel 2018-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq kitabxanası Binəqədi rayonunda yerləşən 144 №li tam orta məktəbdə uşaqların sevimli yazıçısı, fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru Reyhan Yusifqızı ilə görüş keçirdi. Tədbir yazıçıya həsr olunmuş slaydla başladı. Məktəbin direktoru Həcər xanım tədbiri açaraq gələn qonaqları təqdim etdi, mütaliənin əhəmiyyəti barədə ətraflı danışdı. Tədbirdə çıxış edənlər bildirdilər ki, bu kimi tədbirlər gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin inkişaf etdirilməsi məqsədi ilə onlara nəinki klassik yazarlar, eyni zamanda müasir Azərbaycan yazarları barədə ətraflı məlumat verir. Müəllim və şagirdlərin dəvətini qəbul edərək onların görüşünə gələn Reyhan Yusifqızı ilə keçirilən görüş çox maraqlı və yaddaqalan oldu. Şagirdlər görüşdə fəal iştirak etdilər, “Hamıdan qəşəng” nağılının səhnəciyi göstərildi. Tədbir iştirakçıları suallarla müəllifə müraciət etdilər, onları maraqlandıran hər bir sual cavablandırıldı. “Riyaziyyat əyləncəli ola bilərmiş” əsasında VI sinif şagirdləri maraqlı mülahizələr söylədi və mahnı ifa olundu. Sonra məktəbdə bir ay öncə 1-4-cü sinif şagirdləri arasında keçirilmiş riyaziyyat üzrə bilik yarışmasının qaliblərinə diplom və hədiyyələr o cümlədən, Reyhan Yusifqızı tərəfindən onun imzalı kitabları təqdim olundu, xatirə şəkilləri çəkildi. Görüşün sonunda kitabxana əməkdaşları “Göy qurşağı” uşaq jurnalının 5 sayını, yazıçı isə öz kitablarından bir neçəsini məktəb kitabxanasına hədiyyə etdi.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft