• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Novruz bayramı qeyd olundu.
    16-03-2018 12:17:00

    16 mart 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında  xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini, zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı qeyd olundu. Tədbirdə kitabxananın əməkdaşları və kitabxanada təcrübə keçən tələbələr iştirak edirdi. İştirakçılar bayram süfrələrini xüsusi zövq və ənənələrə uyğun bəzəmişdilər.  Novruz bayramına xüsusi hazırlanmış proqram, TV verilişi formatında tərtib olunmuşdu. Kitabxananın əməkdaşlarının aparıcılıq etdiyi “Oxu zalı proqramı”nın əsas qonaqları F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova idi. Bayram şənliyində “Oxu zalı proqramı”nın aparıcıları hörmətli qonaqlarına Novruz bayramı ilə bağlı müxtəlif maraqlı suallar ünvanladılar. Sonra tədbir bütün şöbələrin bir-birlərinə xoş arzu və təbriklərinin səsləndirilməsi ilə davam etdi. Kitabxanaçılar Novruz adətlərindən olan fala baxmaq, yumurta döyüşdürmək, yallı getmək, Novruz oyunlarından ibarət səhnəciklərlə çıxış etdilər. “Xəbərlər”in xüsusi buraxılışı hamını güldürməklə yanaşı, əsl bayram ab-havası yaratdı. Qeyd edək ki, Novruz bayramı kitabxanada hər il yüksək səviyyədə qeyd olunur. Ənənəvi olaraq bayram şənliyinin bu ilki ssenaristi xidmət şöbəsinin  əməkdaşı Könül Niftiyevaya məxsus idi. Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Milli musiqimizin sədaları altında davam edən tədbirdə yurdumuza qədəm qoyan Novruz hər kəsin qəlbində oyanan təbiətin yaşıl heykəlini qoydu. Ulu öndərimiz Heydər Əliyevin bu əziz bayram haqqında dediyi sözlər yada düşdü: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin anlar yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz Bayramını heç kəs, heç vaxt unutmayıbdır”. Minilliklərin o üzündən yol gələn milli sərvətimiz unudularmı? Bayramınız mübarək!

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft