• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Ümumdünya Yazıçılar günü münasibəti ilə uşaq yazıçısı Zahid Xəlilin görüşünü keçirildi.
    03-03-2017 12:56:00

    3 mart 2017-ci il Ümumdünya Yazıçılar günü münasibəti ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Binəqədi rayonundakı 3 saylı filialı Abşeron rayonu Mehdiabad qəsəbəsindəki 4 saylı məktəbdə uşaq yazıçısı Zahid Xəlilin görüşünü keçirdi. Məktəbin foyesində yazıçını gül-çiçək və musiqi ilə qarşıladılar. Foyedə Zahid Xəlilə həsr olunmuş “Uşaq dünyasının memarı” adlı kitab sərgisi, müxtəlif yaş qrupu üzrə siniflərin hazırladıqları divar qəzeti gələn qonaqları özünə cəlb etdi. Tədbir məktəbin akt zalında davam etdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Elnura Cavadzadə açaraq uşaqların sevimli yazıçısı Zahid Xəlilin həyat və yaradıcılığı haqqında  məlumat verdi və qeyd etdi ki, hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Uşaq Ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışan Zahid Xəlil hələ də uşaqlar üçün yazıb-yaratmaqdadır. Zahid Xəlil çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar da yazmışdır. Kitabları Moskvada, Sloveniyada, Fransada, Almaniyada və başqa xarici ölkələrdə çap olunaraq yayılmışdır. Zahid Xəlilin bütün hekayələri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur. Sonra tədbir iştirakçılarını yazıçının həyat və yaradıcılığı ilə bağlı daha ətraflı tanış etmək məqsədilə kitabxana əməkdaşlarının hazırladıqları çarxlı slayda baxmağa dəvət etdi. Tədbir uşaqların simasında şairin nağıl qəhrəmanlarının təqdimatı ilə başladı. Uşaqlar “ İki nar”, “Papaq”, “Yeddi rəngli muncuq”, “Güzgü” hekayələri və “Azərbaycan”, “Rəqəmlərin bəhsi” şeirləri əsasında səhnəcik göstərdilər, şairin “Əlifba” şeirinə bəstələdiyi musiqini ifa etdilər. Həmçinin, tədbirdə uşaqların yazıçıya ünvanlandırdığı suallar cavablandırıldı. Kitabxananın direktoru Şəhla Qəmbərova öz çıxışında məktəb rəhbərliyinə görüş ilə bağlı təşəkkür etdi, Firidun bəy Köçərlinin adını daşıyan kitabxananın fəaliyyətindən geniş söhbət açdı və bundan sonra da əməkdaşlığın daha sıx olacağı, yeni layihələrdə birgə işləmək təklifi ilə səsləndi. Tədbir iştirakçıları foyedə Zahid Xəlil yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış oldular. Tədbir xatirə şəkillərinin çəkilişi və qonaq kitabına şairin yazdığı ürək sözləri ilə başa çatdı. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft