• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Ermənilərin törətdikləri soyqırımlara və terrorlara son qoyulmalıdır!” mövzusunda tədbir keçirdi
    31-03-2016 14:57:00

    31 mart 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə “Ermənilərin törətdikləri soyqırımlara və terrorlara son qoyulmalıdır!” mövzusunda tədbir keçirdi. Tədbirdə kitabxananın əməkdaşları, tarixşünaslar, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin ikinci və üçüncü kurs tələbələri iştirak edirdi. Əvvəlcə mart soyqırımında qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış edən kitabxananın Gənclər Təşkilatının sədri Fatma Məmmədova bildirdi ki, 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Məhz mərhum Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə son iki yüz ildə xalqımıza qarşı törədilmiş ağır cinayətlər “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə həmin hadisələrə hüquqi-siyasi qiymət verilib. Sonra qeyd edildi ki, ermənilərin və onların havadarlarının xalqımıza qarşı müntəzəm olaraq yeritdikləri soyqırımı siyasətinin əsrdən çox tarixi var. Tədbirdə 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklərdən, günahsız insanların qətlə yetirilməsindən bəhs edən çarxlı video-slayd göstərildi. Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Rafiq Qurbanov çıxış edərək belə tədbirlərin Azərbaycan tarixinin öyrənilməsi və təbliğində böyük əhəmiyyət kəsb etdiyini bildirdi. R.Qurbanov həmçinin özünün yazdığı “Qafqaz xalqları tarixi” adlı kitabından söhbət açaraq, düşmənlərin Bakıya olan marağının səbəblərindən danışdı. Tələbələrin” Bu qanlı cinayətlərə səbəb nə idi? Bolşeviklərin hakimiyyəti bölüşdürmək planları, yoxsa ermənilərin milli intiqam hissi?”, “Mart soyqırımı niyə məhz Bakıda törədilib?” və s. kimi sualları cavablandırıldı. Azərbaycan Dövlət Mədəniyyət Universitetinin tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Rəhim Qurbanov çıxışında gəncləri daha çox maariflənməyə, Azərbaycan tarixinə qara hərflərlə yazılan faciələri hərtərəfli öyrənməyə, unutmamağa çağırdı. Tədbirin sonunda direktor müavini Zahirə Dadaşova tədbir iştirakçılarına, tarixçi alimlərimizə öz təşəkkürünü bildirdi, kitabxana adından qonaqlara F.Köçərlinin “Balalara hədiyyə” kitabını və kitabxananın 50 illik yubileyi münasibətilə hazırlanmış jurnal, təqvim, qeyd dəftərini təqdim etdi.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft