Respublika Uşaq Kitabxanasının Elmi- metodika şöbəsi tərəfindən kitabxana sahəsində çalışan kadrlar üçün “Mərkəzi kitabxanaların, kitabxana fondlarının uşaq ədəbiyyatı və müxtəlif informasiya resusları ilə komplekləşdirilməsi” adlı metodik vəsait hazırlanıb.
Vəsaitdə uşaq ədəbiyyatının əhəmiyyəti, uşaq ədəbiyyatının fondlardakı rolu, əsas funksiyaları, uşaqlar üçün informasiya resurslarının növləri, yaş qruplarına uyğun kitabların seçimi, elektron uşaq kitabxanalarının yaradılması, tədqiqat və müstəqil öyrənmə vərdişlərini formalaşdırmaq, rəqəmsal dünyaya adaptasiyanı düzgün istiqamətləndirmə, davamlı yenilənən, interaktiv fondların yaradılması mövzusunda ətraflı bəhs edilir.
Həmçinin vəsaitdə kitabxana və məktəb əməkdaşlığının sistemləşdirilməsi, valideynlərlə birgə tədbirlərin təşkili, kadrların uşaq psixologiyası və texnoloji bacarıqlar üzrə ixtisaslaşması, dövlət səviyyəsində uşaq kitabxana proqramının qəbul edilməsi, kitabxanaların maarifləndirici və tərbiyəedici funksiyası, kompleksləşdirmə prinsipləri haqqında məlumatlar verilib.
Metodik vəsait ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.