• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    "Zəfər günün mübarək Azərbaycan" adlı tədbir keçirildi
    10-11-2022 14:03:00

    F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialının və H. Cəbrayılov adına 99 saylı orta məktəbin birgə əməkdaşlığı çərçivəsində "Zəfər günün mübarək Azərbaycan" adlı tədbir keçirildi. Tədbirdə məktəb kollektivi, şagirdlər, şəhid ailələri, H. Aslanov adına Ordu İdeologiyası Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak etdilər. Foyedə məktəbin məzun şəhidlərinin portretləri, 44 günlük zəfər salnaməsini özündə ehtiva edən kitab sərgisi təşkil olunmuşdu. Tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

    Sonra məktəbin direktoru Ofelya Məmmədova keçirilən tədbir haqqında ətraflı və geniş məlumat verdi. Məktəbin məzunu olmuş Şəhid Fərid Məhərrəmovun anası Nəzakət Əliyeva digər şəhid anaları adından çıxış edərək gələcəyin qurucuları olan şagirdlərə öz tövsiyələrini verdi. 

    Tədbirin davamı olaraq Azərbaycan igidlərinə həsr olunmuş videoçarx göstərildi. Şagirdlərin ifasında M. Rəsulzadənin "Bayraq", M. Arazın "Azərbaycan", N. Kəsəmənlinin "Yollar" və şəhidlərə həsr olunmuş  digər şeirlər və kompozisiyalar təqdim olundu. Sonda isə H.Aslanov adına Ordu İdeologiyası Mədəniyyət Mərkəzinin nümayəndələri gizir Elçin Məmmədov, Ağabala Abdullayev vətənpərvər mahnılarla çıxış etdilər. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft