• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Mən Şuşanı çəkirəm” adlı virtual rəsm sərgisi və “Şuşa tarixin obyektivində” kitabının təqdimatı baş tutdu
    09-10-2022 11:01:00

    Respublika Uşaq Kitabxanasının 8-ci Beynəlxalq Kitab Sərgisində “Şuşa ili”nə həsr olunmuş tədbirləri davam edir.

    Oktyabrın 8-də, sərginin “Xurşidbanu Natəvan” təqdimat zonasında F. Köçərli adına Respublika Uşaq Kitabxanası, “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin  tərəfdaşlığı ilə “Mən Şuşanı çəkirəm” adlı virtual rəsm sərgisi və   Tural Axundovun “Şuşa tarixin obyektivində” kitabının təqdimatı baş tutdu.

    İlk öncə bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

    Təqdimatda Yuri Kovalyov adına 229 saylı məktəbin şagirdlərinin ifasında “Azad Şuşa” adlı kompozisiya təqdim olundu və Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında muğamlar və təsniflər səsləndi.

    Təqdimatda müəllif Tural Axundov çıxışında “Şuşa tarixin obyektivində” kitabı haqqında ətraflı məlumat verərək kitabın 3 hissədən – Şuşanın  dünəni, bu günü və sabahı  hissələrindən ibarət olduğunu qeyd etdi . Daha sonra yazıçı, publisist Mustafa Çəmənli kitabın mahiyyəti haqqında çıxış etdi.

    Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Şuşa ili”  çərçivəsində məktəblilər arasında keçirilən rəsm müsabiqəsi haqqında məlumat verərək virtual sərgidə 201 nömrəli Palitra Art Studiyasının 21 şagirdinin 63 rəsmlərinin yer aldığını qeyd etdi. Studiyanın rəhbəri rəssam Asəf Kərimov çıxışında belə vacib sərgilər zamanı təqdimatların keçirilməsinin vacibliyini xüsusi qeyd edərək  bu cür layihələrin uşaqlara stimul verməyini və onların yaradıcı potensialının üzə çıxarılmasına dəstək olmağın vacibliyini qeyd etdi.

    Qeyd edək ki, “Mən Şuşanı çəkirəm” adlı virtual rəsm sərgisi Respublika Uşaq Kitabxanasının www.clb.az  internet ünvanında oxucuların istifadəsinə təqdim edilib.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft