• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Firidun bəy Köçərli” adlı elektron məlumat baza təkmilləşdirilərək oxuculara təqdim edildi
    30-06-2021 09:23:00

    Görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, uşaq folklor antalogiyasının banisi Firidun bəy Əhmədağa oğlu Köçərliyə həsr edilmiş “Firidun bəy Köçərli” adlı Elektron Məlumat Baza təkmilləşdirilərək istifadəçilərə təqdim edildi.

    Qeyd edək ki, elektron məlumat baza ilk dəfə 2018-ci ildə F.Köçərlinin anadan olmasının 155 illik yubileyi münasibətilə oxucuların istifadəsinə verilmişdi.

    Bazaya ədibin həyat və yaradıcılığını əhatə edən materialların tam variantı daxil edilib. 11 bölmə, yarım bölmələrdən ibarət olan və 1911-2021-ci illəri əhatə edən elektron məlumat bazada ədəbiyyatşünas alimin həyat və yaradıcılığının əsas tarixləri, onun müdrik deyimləri, görkəmli şəxsiyyətlərin şair haqqında söylədiyi fikirləri, əsərləri, haqqında yazılan kitablar, məqalələr və dissertasiyalar, Firudin bəy Köçərliyə həsr edilmiş şeirlər, fotoalbom, sənədli filmlər, cizgi filmləri və s. yer alıb. 

    “Firidun bəy Köçərli” adlı Elektron Məlumat Bazaya Tarix üzrə Fəlsəfə elmləri doktoru Məmməd Mirzəliyevin “Zülmətdə parlayan ulduz...”, Firidun bəy Köçərlinin həyat və yaradıcılığı” adlı məqalələri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli”, Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovanın “F.Köçərli irsinin biblioqrafik informasiya təminatının müasir vəziyyəti”, “F.Köçərli irsinə dair kitabxana resurslarının tipoloji təhlili” , “Firidun bəy Köçərli irsinin nəşrinin tarixi mərhələləri”  adlı elmi məqalələri, eləcə də şairə Mina Rəşidin "Firidun bəy Köçərli irsi: dəyəri azalmayan mənəvi xəzinəmiz”, ədibə həsr olunmuş “Firidun bəy Köçərli” adlı biblioqrafiya kitabı, tədqiqatçı Pərixanım Mikayılqızının Firidun bəy Köçərli: "Ümmətdən millətə doğru" kitablarının və 35 adda materialların tam mətnləri əlavə edilmişdir. 

    Ümumilikdə 320 kitab və məqalələr bazada yer alır.

    Aşağıdakı link vasitəsi ilə elektron məlumat bazası ilə tanış ola bilərsiniz:

    https://clb.az/arxiv2021/elektron/Kocerli/index.html

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft