• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Tanınmış şair İnqilab İsaqın “Nərgizin nərgizləri” adlı kitabının təqdimatı və oxucularla görüşü keçirildi
    11-04-2019 12:45:00

    Aprelin 11-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair İnqilab İsaqın “Nərgizin nərgizləri” adlı kitabının təqdimatı və oxucularla görüşü keçirildi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova açaraq, tədbir iştirakçılarını salamladı və bu gün ədibin yaradıcılığının işığında toplandığımızı qeyd etdi.Tədbir çərçivəsində, 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında ədibin uşaqlar üçün yazdığı “Nərgizin nərgizləri” kitabının əsasında hazırlanmış kompozisiya, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx həmçinin milli rəqs nümunələri təqdim olundu. Tədbirdə uşaq yazarı, pr. Zahid Xəlil, Elvira Məmmədova, “Tumurcuq” uşaq qəzetinin redaktoru Səməd Məlikzadə, “Respublika Xatirə Kitabı” redaksiyasının redaktoru Zülfüqar Şahsevənli, naşirlər Elman Qasımov, Fazil Kərimov, pedaqogika elmləri doktoru pr. Ramiz Aslanov, Məhəmməd Rəsuloğlu və pedaqoqlar iştirak edirdilər. Hər bir natiq çıxışında, şairin şeirlərində doğma vətənimizin gözəllikləri, uşaqların həyatı, onların qəribəlikləri, müasir uşaq düşüncələrinə daha çox yer verildiyini vurğuladılar və onun ən sevilən şeirlərini səsləndirdilər. Sonda, şair İnqilab İsaqa kitabxananın ərsəyə gətirdiyi “Türk dünyasının nağıl bağı” adlı kitab hədiyyə edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə sona çatdı. Tədbirin keçirilməsində əsas məqsəd, oxucuların kitaba və mütaliəyə olan marağını artırmaq idi.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft