• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Gənclər gələcəyimizin qurucularıdır” adlı tədbir keçirildi.
    01-02-2019 10:31:00

    Fevralın 1-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 Fevral- Gənclər Günü münasibəti ilə “Gənclər gələcəyimizin qurucularıdır” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq, bayram münasibəti ilə bütün gəncləri ürəkdən təbrik etdi və 2 Fevral- Gənclər Günü haqqında ətraflı məlumat verdi. Tədbirin aparıcısı öz çıxışında qeyd etdi ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə də tərəqqi edir, insanların həyata baxışı da təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyyatın , mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. Gənclər günü 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradılır. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə daha da təkmilləşmələri, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələri üçün qayğı göstərilir. Bütün bunlar bir daha sübut edir ki, gənclər siyasəti ölkəmizdə çox uğurla həyata keçirilir və o, ölkə rəhbərinin daimi nəzarətindədir. Odur ki, bu gün Azərbaycanda 170-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərməkdədir. Tədbirdə, şairə, tərcüməçi jurnalist Xanım Aydın , gənc yazar, şair, Kaspi qəzetinin ədəbiyyat əlavəsinin redaktoru “Qızıl Kəlmə” mükafatçısı, 2018-ci ildə keçirilən Nəsimi Şeir Müsabiqəsinin laureatı Fərid Hüseyn,gənc musiqiçilər, rəssamlar, Bakı şəhər Mərkəzi Kitabxanasının bir sıra əməkdaşları iştirak edirdi.Tədbirdə bir neçə gənc rəssamın rəsm əsərləri də nümayiş olundu. Tədbirin gənc qonaqları , gördükləri işlər və qazandıqları nailiyyətlər haqqında ətraflı məlumat verdilər. Daha sonra, gənclərin ifasında Nəsiminin “Sığmazam”, Cəfər Cabbarlının “Ana” şeiri, Füzulinin yaradıcılığından qəzəllər ifa olundu. Tədbir üçlüyün ifasında musiqi parçaları ilə davam etdi. Sonra gənclər arasında maraqlı diskussiya keçirildi. Tədbir , əməkdaşlarımızın hazırladıqları musiqi nömrəsi ilə yekunlaşdı.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft