• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar tədbirlər davam edir
    11-03-2022 09:55:00

    9 – 11 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar Nəsimi r-nu M. Hüseynzadə adına 19 №-li, E.Tağızadə adına 164 №-li, A.Abdullayev adına 211 №-li, Xətai r-nu 165№-li, 138№-li, M.Nəcəfov adına 86 №-li,  Ə.Abbasov adına 257 №-li, Yasamal r-nu H.Aslanov adına 175 №-li, Nizami r-nu 210, V.Sadıqov adına 214 №-li, Sabunçu r-nu 170, İ. Əliyev adına 96 №-li, Qaradağ r-nu Puta qəsəbəsi K. Yaqubov adına 184 №-li, Xəzər r-nu 262 №-li, Səbail r-nu Bülbül adına orta ixtisas musiqi məktəbinin,  Binəqədi r-nu 301, 283 №-li H.Hüseynov adına 83 №-li, Nərimanov r-nu 82 №-li, S. Yolçuyev adına 207  №-li ,Abşeron r-nu Masazır qəsəbəsi 5 №-li məktəblərin və Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Məktəblilərə 1885-1895-ci illərdə İrəvan gimnaziyasında ana dili və hüsnxətt fənlərini tədris etmiş  maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərli haqqında elektron-məlumat baza, virtual sərgi, sənədli film  təqdim edildi.

    Kitabxançılar çıxışlarında qeyd etdilər ki, Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur. Bu böyük şəxsiyyət M. F. Axundzadə və M. Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafına naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. İrəvan Gimnaziyasında işləyərkən Firidun bəy İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur və onların şeirlərini dinləyir. Vurğulandı ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi- elmi fikrinin inkişaf tarixində F. Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni- siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı- publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir.

    Sonda məktəblilərin iştirakı ilə F. Köçərli yaradıcılığı ətrafında maraqlı diskussiyalar və müzakirələr aparıldı.

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft