• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin təqdimatı keçirildi
    31-01-2022 11:13:00

    31 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi 2021-ci il fəaliyyəti ilə bağlı yekun hesabatını slayd şəklində təqdim etdi. Təqdimatda qeyd edildi ki, 2021-ci ildə şöbənin qarşısında duran əsas məqsəd ölkəşünaslıq üzrə kataloq və kartoteka təkmilləşdirmək, mövzu üzrə biblioqrafik tövsiyələr və nəşrlər hazırlamaq, Azərbaycan uşaq yazarlarının elektron məlumat bazasının yaradılması üçün məlumat toplamaq, ölkəşünaslıq üzrə informasiya xidməti göstərməklə yanaşı milli uşaq ədəbiyyatının təbliğini həyata keçirməkdir. Şöbədə  ölkəşünaslığa dair materialların toplanması ilə yanaşı, həm də nəşr tarixi baxımından qiymətli hesab edilən, nəşr ilindən, nəşr yerindən və dilindən asılı olmayaraq ədəbiyyat nümunələri, həmçinin, 1920-1980-ci illərdə nəşr olunmuş uşaq ədəbiyyatı “Qızıl fond” adı altında qorunub saxlanılır.

    Şöbənin əməkdaşları tərəfindən 2021-ci ildə  “Uşaq ədəbiyyatı xəzinəsi” seriyasından Azərbaycan uşaq ədəbiyyatının əvəzolunmaz simalarından biri, tanınmış şair, dramaturq Xanımana Əlibəylinin biblioqrafiya kitabı, hazırlanmış və nəşr olunmuşdur. Həmçinin yazıçı Rafiq Yusifoğlunun və Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlilin həyat və yaradıcılığına özündə ehtiva edən biblioqrafik göstərici üzərində tədqiqat işləri aparılır. Bundan başqa görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərliyə həsr edilmiş “Firidun bəy Köçərli” və Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş elektron məlumat bazaları təkmilləşdirilərək istifadəçilərə təqdim edilib.

    Təqdimatda qeyd olunub ki, Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi 2021-ci il üzrə  “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır”, “Azıx mağarası”, “Ağdam Qafqazın Xirosiması”(Ruhlar şəhəri) adlı tövsiyə biblioqrafiyaları hazırlamışdır.

    2021-ci ildə Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizaminin sənət xəzinəsi”, Azərbaycan uşaq ədəbiyyatının banisi, şair, dramaturq, pedaqoq, ədəbiyyatşünas Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş “Abdulla Şaiq” adlı virtual sərgilər, xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı qrafika əsərləri virtual şəkildə oxucuların istifadəsinə təqdim edilib.

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft