• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    `Qarabağnamə -tarixin səhifələri`adlı virtual sərgini istifadəçilərə təqdim edir
    13-07-2021 10:38:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı qrafika əsərlərini virtual şəkildə istifadəçilərə təqdim edir.

    Rəssamın “Qarabağnamə - tarixin səhifələri” adlı virtual sərgisində 45 sənədli-bədii qrafik rəsm əsərlərivə eyniadlı kitabın tam mətni təqdim edilir.

    Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılan “Qarabağnamə - tarixin səhifələri” silsiləsi həm əhatəli tutumuna, həm də bədii şərhinə görə seçilir. Başqa sözlə desək rəssam bu əsərlərdə qədim Albanya dövründən Xocalı faciəsinə qədər davam edən tariximizə işıq sacmışdır. Qarabağ tarixinə bu bədii yanaşmada rəssamı hər şey maraqlandırıb. Qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif hadisələrin, onun qədimliyinə dəlalət edən memarlıq tiklilərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçilərin və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir.

    Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir edilir. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Gəncəsər monastrı”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərdə tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır. Sərginin bütün əsərləri qravüra şəklində işlənmişdir. Tarixi həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində əks etdirilir. Ağ-qara qrafika vizual təsirə malikdir.

    Sərginin sonluğu rəngli qrafik rəsm əsəri ilə bitir. Bu da Azərbaycanın 2-ci Qarabağ müharibəsində əldə etdiyi şanlı zəfərinin bir simgəsidir.

    Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim torpağımız, bizim tariximizdir.

    Aşağıdakı linkdən virtual sərgi ilə tanış ola bilərsiniz:

    https://www.clb.az/azrbaycann-xalq-rssam-arif-hseynov_d3215.html

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft