• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Azıx mağarası adlı tövsiyə göstəricisi oxuculara təqdim edildi
    15-03-2021 14:52:00

    27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirdi. Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqları işğaldan azad edilmişdir. Hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş həmin doğma ərazilərimizdə qürurla dalğalanmaqdadır. 

    Xocavənd də işğaldan azad olunmuş Azərbaycan rayonlarından biridir.

    Xocavənd rayonunun ərazisi Azərbaycan tarixinin başlanğıcının formalaşdığı bölgələrdən biridir. Ölkənin dünya əhəmiyyətli arxeoloji abidələrindən Azıx və Tağlar mağaraları bu ərazidə yerləşir. Rayon ərazisində ölkə və yerli əhəmiyyətli yüzə yaxın tarixi abidə qeydə alınıb, əslində isə onların sayı daha çoxdur. Həmin abidələrin növlər üzrə təsnifatından aydın olur ki, onların sırasında məbədlər, məscidlər, qalalar əsas yer tutur. Xocavənd abidələrinin xronologiyası Azərbaycanın tarixi memarlığının özünəməxsus xüsusiyyətlərini müəyyən etməyə imkan verir. 

    Bütün bunları nəzərə alaraq Firidun bəy Köçərli adına Respublika Uşaq kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi “Azıx mağarası” adlı tövsiyə biblioqrafiyası hazırlamışdır.

    Geniş oxucu kütləsi üçün nəzərdə tutulan göstərici tövsiyə olunan ədəbiyyat siyahısından ibarətdir. Girişdə mövzu haqqında ətraflı məlumat verilmişdir.

    Tövsiyə göstəricisində kitablar, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş materiallar öz əksini tapmışdır.Vəsaitdə verilmiş ədəbiyyatların  tam mətni ilə tanış olmaq üçün 43 kitab, məcmuə və dövri  mətbuat səhifələrində dərc edilmiş materialların linki də verilmişdir.

    Tövsiyə göstəricisi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

    https://clb.az/arxiv2021/fzulinin-tarixi-abidlri-azx-maaras_d3119.html

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft