• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanası “Tofiq Mahmud. Biblioqrafiya” kitabı və Elektron Məlumat Bazasını təqdim edir
    20-04-2020 15:07:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində  görkəmli uşaq yazıçısı, dünya uşaq ədəbiyyatının kamil tərcüməçisi, zəngin bir irs qoyub getmiş Tofiq Mahmudun yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədi ilə “Tofiq Mahmud. Biblioqrafiya”(271 səh.) kitabı və  “Tofiq Mahmud” Elektron Məlumat Bazası tərtib olunub.

    Azərbaycan uşaq poeziyası və nəsr yaradıcılığında öz orjinal dəst-xətti olan, ömrünün çox hissəsini uşaqların bir şəxsiyyət kimi formalaşmasına sərf edən, onlara vətən sevgisi aşılayan, kiçikyaşlı oxucuları arxasınca aparmağı bacaran Tofiq Mahmudun bədii yaradıcılığı bu gün də aktuallığını saxlamışdır. 

    1948-ci ildə “Şirindir” adlı ilk şeiri “Azərbaycan pioneri”qəzetində dərc olunanda o, hələ tələbə idi. Tofiq Mahmud “Azərbaycan müəllimi”qəzeti redaksiyasında xüsusi müxbir və “Göyərçin” uşaq jurnalında ədəbi işçi kimi çalışmış, 1976-cı ildən ömrünün sonuna qədər isə “Göyərçin” uşaq jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir.Tofiq Mahmudun yaradıcılığına həsr olunmuş 271 səhifəlik “Tofiq Mahmud. Biblioqrafiya” kitabı görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ilk fundamental biblioqrqfiya vəsaitidir. Göstəricidə Tofiq Mahmudun həyat və yaradıcılığının əsas tarixləri, “Tofiq Mahmudun müdrik deyimləri”, “Tofiq Mahmud görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, Elm və mədəniyyət xadimləri Tofiq Mahmud haqqında” adlı bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının və tədqiqatçıların marağına səbəb olacağı da şübhəsizdir.

    Ədibin ədəbi - ictimai fəaliyyətini tam şəkildə əks etdirən bu fundamental biblioqrafik göstərici 1948 - 2018-ci illərdə dərc olunan 1166 adda materialları əhatə edir.

    Göstərici dörd hissədən ibarətdir:

    I hissə - T.Mahmudun əsərləri;

    II hissə - T.Mahmud haqqında materiallar;

    III hissə - T.Mahmudun əsərləri və haqqında ədəbiyyat xarici dildə;

    IV hissə - köməkçi göstəricilər və əlavələr (arxiv materialları).

    Vəsaitdə materiallar azərbaycan və rus dillərində verilmişdir. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda Tofiq Mahmudun əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi verilmişdir .Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Tərtibçilər:   Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova

    İxtisas redaktoru və buraxılışa məsul:  Şəhla Qəmbərova.

    Ön sözün müəllifi:  filologiya üzrə fəlsəfə doktoru dosent Füzuli Əsgərli.

     “Tofiq Mahmud” Elektron Məlumat Bazasında isə “Tofiq Mahmud bədii yaradıcılığının sirləri” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərli); “Həyat və fəaliyyətinin əsas tarixləri”; “Görkəmli şəxsiyyətlər şair haqqında”; “Müdrik deyimləri” “Əsərləri”; “Haqqında”; “Sözlərinə yazılmış mahnılar”; “Tofiq Mahmuda həsr olunmuş şeirlər”; “Mükafatları” “Fotoqalereya”; “Videoqalereya” bölmələri yer almışdır. Bazaya şairin həyat və yaradıcılığını (1959-2018) əhatə edən kitablarının, tərcümələrinin, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələrinin və həmçinin onun haqqında yazılan kitabların, məqalələrin biblioqrafik təsvirləri ilə yanaşı, onların tam mətnləri də daxil edilmişdir.  Əsərləri bölməsi-Kitablar (Azərbaycan, Rus, Digər dillərdə) və Məqalələr – Ədəbi tənqidi publisistik məqalələri və Kitablarda və dövri mətbuatda və məcmuələrdə dərc olunan əsərləri hissələrindən ibarətdir. Haqqında bölməsi 3 hissədən kitablar, məqalələr  tam mətnindən və Avtoreferat və disertasiyaların biblioqrafik təsvirini özündə əks etdirir. Fotoqalereya bölməsində ədibin həm şəxsi həm də ictimai həyatını əks etdirən fotolarla yanaşı əsərlərinin foto sərgisi də verilmişdir. Videoqalereya bölməsində isə Haqqında filmlər və şairin öz səsi ilə olan lent yazıları verilib.

     

    https://clb.az/arxiv2021/tofiq-mahmud_d2400.html

    https://clb.az/arxiv2021/elektron/TofiqMahmud/index.html

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft