• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Kitabxana pedaqoji mükəmməlliyin tükənməz mənbəyidir” adlı tədbir keçirildi
    18-02-2020 12:54:00

    Fevralın 18-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Kitabxana pedaqoji mükəmməlliyin tükənməz mənbəyidir” adlı tədbir keçirildi. Tədbirdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, ümumtəhsil ocaqlarında fəaliyyət göstərən azərbaycan və rus bölməsinin müəllimləri iştirak etdilər. İlk əvvəl,  kitabxananın əməkdaşı qonaqları kitabxana ilə tanış etdi, kitab sərgiləri və elektron kitabxana ilə bağlı məlumat verdi. Tədbir iştirakçıları kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Tədbirdə kitabxananın saytı göstərildi, elektron informasiya bazaları və onlardan istifadə etmək qaydaları, metodik vəsaitlər, biblioqrafiyalar, tövsiyə göstəriciləri və s. haqqında ətraflı məlumat verildi. Həmçinin, Məktəb proqramına kömək layihəsi əsasında kitabxananın sifarişi ilə çap olunan kitablar nümayiş olundu. Qeyd olundu ki, kitabxana işçiləri şagirdlərin mütaliə bacarıqlarının və mütaliə diapazonunun inkişafında, informasiya axtarmaq, seçmək və informasiya ilə işləmək bacarıqlarının formalaşmasında böyük rol oynayır. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxışında bildirdi ki, bu gün kitabxana xüsusi olaraq məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları  yaradır. Bu xidmət növündən bütün oxucular istifadə edirlər. Bu xidmətlər məlumat əldə etmək üçün tamamilə yeni imkanlar yaratmış və  bir daha “məlumatı anındaca əldə etmək” deyiminin həqiqilyini açıb göstərir. Kitabxana əməkdaşları təkcə  oxucu və kitab arasında birbaşa vasitəçi kimi deyil, şagirdlərin tələbatına ən çox uyğun gələn informasiyanı ona çatdıran, virtual kitabxananın reallıq olduğunu öz işi ilə sübut edən  dünyagörüşlü ziyalı bir şəxs kimi fəaliyyət göstərir.   Əlbəttə ki, kitabxananın informasiya-resurs mərkəzinə çevrilməsində kitabxanaçıların peşəkar mövqeyi əsas məsələdir. Ümid edirik ki, “Rus dilinin dərindən öyrənilməsi” pilot layihəsi çərçivəsində görəcəyimiz işlər və elmi metodika şöbəsinin hazırlayacağı metodiki materiallar da bu məqsədə xidmət edəcəkdir.  Tədbirdə kitabxana əməkdaşları ilə müəllimlər arasında geniş fikir mübadiləsi aparıldı.

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft