• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəyə start verib
    21-08-2020 09:24:00

    Layihənin əsas məqsədi, oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsi ilə yaxından tanış etməkdir.

    Bəşəriyyətin söz sənəti  xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri hər bir şəxs üçün əsl həyat məktəbidir.

    Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

    Aqillər kitabı bilik, zəka, kamillik vasitəsi hesab edirlər. Çünki insanlar ən yüksək keyfiyyətləri məhz mütaliə etməklə qazanırlar. 

    Layihənin adının “Günəşdən gələn pay” olması da təsadüfi deyil.

     Əgər biz şair və yazıçılarımızı parlaq günəşə bənzətsək ədiblərin əsərlərini də oxuculara düşən pay kimi təsəvvür edə bilərik.

    Hər zaman oxuculara kitab və kitabxananın əhəmiyyətini vurğulayan Respublika Uşaq Kitabxanası bu layihə vasitəsi ilə yenə də uşaqları Azərbaycan və dünya ədəbiyyatının inciləri ilə yaxından tanış edərək onların dünyagörüşlərinin formalaşmasına və hərtərəfli inkişafına öz töhvəsini verir.

    Layihənin ilk mövzusu, “Göyərçin” uşaq jurnalının baş redaktoru, şair, yazıçı, tərcüməçi, professor Rafiq Yusifoğlunun 70 illik yubileyinə həsr edilmişdir. Mövzu çərçivəsində, kitabxananın əməkdaşları oxuculara Rafiq Yusifoğlunun həyat və yaradıcılığı haqqında məlumat verərək, şeirlərini ifa edərək ,eləcə də, oxucuları ədibin kitabları ilə virtual tanış etdilər.

    Qeyd edək ki, layihə kitabxananın (Facebook, İnstaqram, Twitter sosial şəbəkələri, Youtube və kitabxananın internet ünvanı) vasitəsi ilə təqdim edilir. 

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft