• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    `Uşaq Kitab Karvanı – Bölgələrdə` layihəsi çərçivəsində səyyar kitab sərgisi Zərdabda
    22-10-2019 10:15:00

    22 oktyabr tarixində Mədəniyyət Nazirliyinin  dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı – Bölgələrdə” layihəsi çərçivəsində səyyar kitab sərgisi Zərdab rayonunda baş tutdu. Uşaq Kitab Karvanını ilk qarşılayan Zərdab rayon Mərkəzi Kitabxanası oldu. Tədbirdə Zərdab rayon ziyalıları, mədəniyyət işçiləri, müəllimlər, uşaq və yeniyetmələr iştirak edirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq layihə haqqında ətraflı məlumat verdi. Çıxışında bildirdi ki, Nəsimi İli çərçivəsində keçirilən tədbirin məqsədi, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Həmçinin, Şəhla Qəmbərova uşaq və yeniyetmələrin görüşünə gələn uşaq yazarlarını tədbir iştirakçılarına təqdim etdi. Görüşdə Azərbaycan uşaq ədəbiyyatının inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən, uşaqların sevimli yazıçısı Zahid Xəlil, gözəl povest və hekayələri, şirin, məzəli, yaddaqalan şeirləri ilə daim uşaqların əhatəsində olan Sevinc Nuruqızı, elmi fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı,  Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki, uşaq yazıçısı, “İRS” fənninin müəllifi Solmaz Amanova iştirak etdi. Yazarlar, çıxışlarında uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmiş, son illərdə nəşr olunmuş kitablar haqqında maraqlı söhbətlər aparmış, uşaqların onlara verdikləri sualları cavablandırmışlar. İ.Nəsimiyə həsr olunmuş kompozisiya tədbirə xüsusi rəng qatdı.

    Layihə çərçivəsində Zərdab MKS-nin uşaq şöbəsinə 400 kitab hədiyyə edilib. Qeyd edək ki, “3 alma” TEAS Press Nəşriyyat evinin də hər bir bölgə üçün kitab hədiyyəsi olub. Hədiyyə olunan nəşrlərin kənd kitabxana filialları arasında bölüşdürülərək il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə edilib.

    Kiçik yaşlı uşaqlar arasında “Mütaliə, müasir kitabxana və kitabxanaçı” adlı rəy sorğusu keçirilib,  fəal oxuculara kitab və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib. 

    Qeyd edək ki, “Uşaq Kitabı Karvanı” 23 oktyabr tarixində Ağdaş rayonuna yola düşəcək.

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft