• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Uşaqların mütaliəsində kitabxanaçı və yazıçıların dəstəyi” adlı Beynəlxalq forum keçirildi.
    21-04-2018 12:43:00

    19-22 aprel 2018-ci il tarixində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Moldova Respublikasının Mədəniyyət Nazirliyi, Moldova Respublikasının İon Kryange ad. Milli Uşaq kitabxanası və Moldova Uşaq Kitabı Şurasının təşkilatçılığı ilə XXII Beynəlxalq Uşaq Kitabı sərgisinin açılışı və Beynəlxalq forum keçirildi. Sərgidə 8 respublikadan – Rusiya, Ukrayna, Belarusiya, İsveçrə, Qazaxıstan, Azərbaycan, Rumıniya və Moldovanın kitabxana əməkdaşları və uşaq yazarları iştirak edirdi. Azərbaycan nümayəndə heyətini F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və uşaqların sevimli yazarı Sevinc Nuruqızı təmsil edərək 40 adda Azərbaycan Uşaq ədəbiyyatı nümunələri ilə sərgiyə qatıldılar. İ.Kryange adına Milli Uşaq Kitabxanasının direktoru Klaudiya Balaban sərgini açıq elan edərək qonaqları təqdim etdi. Nümayəndə heyətimiz Orizont adlanan türk liseyində oldu. Uşaqların sevimli yazarı Sevinc Nuruqızı məktəblilərə öz kitabları haqqında ətraflı məlumat verdi. Kitabxananın yazıçı haqqında hazırladığı slayd izlənildi. Sonra kitabxananın direktoru Şəhla Qəmbərova kitabxananın son illərdə Moldova Milli Uşaq kitabxanası ilə olan əlaqələrindən, keçirilən layihələrdən maraqla söhbət açdı. Görüş yazıçının uşaqlara verdiyi imzalı kitabların təqdimatı və xatirə şəkillərinin çəkilişi ilə başa çatdı. XXII Beynəlxalq Uşaq Kitabı sərgisi çərçivəsində 20 aprel 2018-ci il tarixində İ.Kryange adına Milli Uşaq Kitabxanasında Beynəlxalq forum keçirildi. Forum MDB dövlətlərinin Dövlətlərarası humanitar əməkdaşlıq fondunun dəstəyi ilə həyata keçirildi. Forumun mövzusu “Uşaqların mütaliəsində kitabxanaçı və yazıçıların dəstəyi” adlanırdı. Forumda iştirak edən kitabxana mütəxəssislərinin çıxışları dinlənildi. F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq kitabxanalarının bu günü və gələcəyi necə olmalıdır” adlı məruzə ilə çıxış etdi. Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft