• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Sən elə bir zirvəsən…” adlı şeir müsabiqəsinin III turu keçirildi.
    04-05-2018 13:07:00

    4 may 2018-ci il tarixində  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məktəblilər arasında, 10 May müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Sən elə bir zirvəsən…” adlı şeir müsabiqəsinin III turu keçirildi. Tədbir ümummilli liderə həsr olunmuş video slaydın nümayişi ilə başladı. Sonra tədbiri kitabxananın direktoru Şəhla Qəmbərova açaraq münsiflər heyətini qonaqlara təqdim etdi. Münsiflər heyətini uşaq yazıçısı Aygün Bünyatzadə, kitabxananın direktoru əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və Respublika Kitab Kollektorunun direktoru Ələddin Əsədov təmsil edirdi. Tədbirdə çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdılar. Qeyd olundu ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır. Müsabiqənin yekun mərhələsi başladı. III tura vəsiqə qazanan 10 şagird ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirdilər. Münsiflər heyətinin qiymətləndirmələrindən sonra mükafatlandırma mərasimi keçirildi. Çıxışlardan sonra 5-10 və 11-15 yaşlılar arasında birinci yerin qalibi olmuş 136 saylı və 60 saylı orta məktəbin şagirdləri Nəbiyeva Rəhiməxanım Musa qızı və  Şükürova Ayan Laçın qızına, ikinci yeri tutmuş 53 saylı orta məktəbin təmsilçiləri Aslanova Aminə Rövşən qızı və Aslanova Gülsüm Rövşən qızına, üçüncü yer ilə kifayətlənmiş 263 saylı orta məktəb və Bakı Modern məktəbin şagirdləri Hüseynzadə Nəzrin Tahir qızı və Hüseyn Sami Əsgər Ələkbər oğluna diplomlar və xatirə hədiyyələri təqdim olundu. Finala vəsiqə qazanan digər iştirakçılara da kitablar və kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olundu. Tədbirdə ulu öndərə həsr olunmuş 3 turda çıxış edən uşaqların şəkillərindən ibarət maraqlı çarxlı slayd nümayiş olundu. Keçirilən şeir müsabiqəsi uşaqların cəmiyyətdə özlərini realizəetmə imkanlarının artırılmasına, ictimai həyatın aktiv iştirakçısı olmaq bacarıqlarının üzə çıxarılmasına bir daha şərait yaratdı. Tədbirin sonunda ümummilli liderə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı sərgiyə baxış keçirildi, qaliblərlə xatirə şəkilləri çəkildi.  

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft