• Az | Ru
    • О НАС
      • Наша история
      • Структура
        • Руководство
        • Отделы
        • Филиалы
      • Для детей с ограниченными возможностями
      • Наши проекты
      • Правила Пользования
      • Фотогалерея
      • Видео галерея
      • СМИ
      • Журнал «Радуга»
      • Oтчеты
      • Архив
    • НОВАЯ ЛИТЕРАТУРА
      • Новые книги
        • Наши издания
        • Реставрация
      • Электронные книги
        • На азербайджанском языке
        • На других языках
        • Золотой фонд
          • Литература
          • Фонотека
    • БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ
      • Информационная библиография
        • Библиографические указатели
        • Полнотекстовые библиографические указатели
        • Слайды
      • Национальная литература
        • Рекомендуемая библиография
      • Научная методология
        • Методические пособия
        • Знаменательные дни
    • МУЛЬТИМЕДИА
      • Виртуальная выставка
      • Аудиокниги
        • Аудио книги
        • Сказки, рассказы, стихи
        • Анекдоты для детей
        • Учебники
      • Мультфильмы
      • Детские песни
    • КОНТАКТЫ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Bilik günü – Sülh günü” adlı tədbir keçirildi.
    15-09-2018 14:41:00

    15 sentyabr Bilik günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbdə 21 avqust – 21 sentyabr Sülh aylığı çərçivəsində “Bilik günü – Sülh günü” adlı tədbir keçirildi. Tədbiri keçirməkdə əsas məqsəd uşaqlarda kitaba, mütaliəyə maraq artırmaq, kitabxananı tanıtmaq, sülhə səsləməkdir. Tədbirdə uşaq yazıçılarından “Sehrli dünya” uşaq jurnalının redaktoru Gülzar İbrahimova, “Təhsil” nəşriyyatının və “Göy qurşağı” uşaq jurnalının redaktoru, yazıçı Sevinc Nuruqızı, Qızıl Kəlmə mükafatçısı Qəşəm İsabəyli, gənc yazar Elvira Məmmədli və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri doktor Əhməd Sami Elaydi, kitabxana əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə daim uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Sülh - əmin-amanlıq, qurub-yaratmaq, dinclik, sosial, iqtisadi və mədəni inkişafdır. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Bunun üçün uşaqlar yaxşı oxumalı, mütaliə etməli, öz bilik və savadlarını artırmalıdır. Ş.Qəmbərova Bilik günü münasibətilə uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Tədbirdə çıxış edən uşaq yazarları və digər qonaqlar tərəqqi, inkişaf üçün sülhün zəruriliyini qeyd edərək irqindən, dinindən, millətindən asılı olmayaraq hər bir dövlətin, hər bir bəşər övladının bunun üçün çalışmalı olduğunu vurğuladılar, uşaqlara öz şeirlərini oxudular, qeyd olunan gün münasibətilə təbriklərə qoşuldular. Tədbirdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar, uşaq yazarı A.Bünyatzadənin “Şirniyyat atan silahlar” nağılı əsasında qoyulmuş tamaşa, şeirlər, vətənpərvərlik və sülh mövzusunda mahnılar, rəqslər ifa olundu. F.Köçərli adına Respublika uşaq kitabxanası və uşaq yazarları tərəfindən məktəb kitabxanasına müxtəlif mövzularda kitab və jurnallar hədiyyə edildi. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.

     

    О НАС

    • Наша история
    • Руководство
    • Отделы
    • Филиалы
    • Для детей с ограниченными возможностями
    • Наши проекты
    • Правила Пользования
    • Фотогалерея
    • Видео галерея
    • СМИ
    • Журнал «Радуга»
    • Oтчеты
    • Архив

    НОВАЯ ЛИТЕРАТУРА

    • Наши издания
    • Реставрация
    • Литература
    • Фонотека
    • На азербайджанском языке
    • На других языках

    БИБЛИОГРАФИЧЕСКИЕ УСЛУГИ

    • Библиографические указатели
    • Полнотекстовые библиографические указатели
    • Слайды
    • Рекомендуемая библиография
    • Методические пособия
    • Знаменательные дни

    Адрес:

    • г. Баку, ул. С.Вургуна 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft