23 May
Ümumdünya Metereologiya günü
Ümumdünya Metereologiya günü 1950 - ci ildən, yəni ÜMT- nin yaradılması barədə konvensiya qüvvəyə minəndən bəri ənənəvi olaraq hər il bir deviz altında keçirilir. Mərkəzi Cenevrədədir. Ümumdünya Metereologiya Konqresi hər 4 ildən bir keçirilir. Azərbaycan 1993 - cü il sentyabrın 3 - dən Ümumdünya Metereologiya Təşkilatının üzvüdür və Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulub və bu konvensiyadan irəli gələn bütün tələblərə əməl edərək, mütəmadi olaraq meteoroloji, hidroloji, iqlim müşahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini təmin edərək, təşkilatın qəbul etdiyi qərarları icra edir. Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir. Ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.
Ümumdünya Tısbağa Günü, (2000)
Tısbağa müdriklik, sərvət və uzunömürlülük rəmzi daşıyan heyvandır. 23 may bir çox ölkələrdə Ümumdünya Tısbağa Günü (World Turtle Day) qeyd olunur. Bu qeyri-adi bayram 2000-ci ildə Amerika Tısbağaların Qorunması Cəmiyyətinin (American Tortoise Rescue) təşəbbüsü ilə keçirilir. Bu təşkilat 1990-cu ildə Malibuda (ABŞ, Kaliforniya ştatı), şəhərin ətrafında yaşayan tısbağaların populyasiyasının qorunması üçün yaradılmışdır. Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir. Hər il bu gün tısbağaların məskunlaşdığı bütün ərazilərdə könüllülər miqrasiya və ya digər təhlükəli yerlərdə hərəkətin intensiv olduğu şoselərdə bu heyvanlar üçün keçidlər yaradaraq onları xilas edirlər. Aksiya iştirakçıları, həmçinin dəniz tısbağalarının yumurta qoyduğu dəniz sahillərinə qanunla qorunan ərazilər statusunun verilməsinə nail olurlar.
Şair, tərcüməçi Vaqif Bəhmənlinin 70 illiyi, (1955)
Vaqif Bəhmənli elə bir şairdir ki, yaradıcılığının mükəmməlliyini, ideya-bədii qüdrətini göstərmək üçün şeirlərində yalnız şeiriyyət – sözdən şair kimi istifadə eləmək, sözə “ehya vermək” qabiliyyəti yox, həm də zəngin ovqat, fikir- təfəkkür materialı var… Hətta şeirə sığmayan kifayət qədər müdrik kəlamları da intonasiyanın təvazökarlığından sonra gəlir. Məsələn, Nizami Gəncəvinin bir türk şairi olduğu barəsində həmişə mücadilə aparmış mən də onun bu kəlamına qeydsiz-şərtsiz etiraz edə bilmirəm: “Nizami Gəncəvi elə böyükdür ki, onu təkbaşına hər hansı bir xalq çəkib apara bilməz…” (Ədəbiyyatşunas Nizami Cəfərov)
Quliyev Vaqif İttifaq oğlu 1955-ci il mayın 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşdur. S.M.Kirov adına ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1973-1978). Tələbəlik dövründə ilk oçerk və şeirlərini dərc etdirmişdir. (1978) Sonra həmin qəzetdə mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləmişdir. "Kommunist", "Ədalət", "Odlar yurdu", "Humanitar" qəzetlərində, "XXI gənclik dərgisi", "XXI Yeni Nəşrlər Evi", "Yazıçı" nəşriyyatlarında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda məsul vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində şöbə rəisi olmuşdur. Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiridir.
İndiyə qədər 20-yə yaxın şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabları çıxıb. Komsomol Mükafatına, Şahmar Əkbərzadə, İsa İsmayılzadə, Rəsul Rza adına mükafatlara, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Əsərləri bir çox xarici dilə tərcümə edilib.
Son illərdə şeir və məqalələrdən tərcümələrdən ibarət iyirmidən çox kitabı nəşr olunmuşdur: “Bahar - payız arası” (1979), “Dünya ayaq üstədi” (1991), “Bar ver, ümid ağacım” (1983), “Yolum üstə bitən gül” (1986), “Ömürdən uzun gecə”, “Qırxıncı otaq” (1990), “Novruz naxışları” (1993), “Dörd divar” (1996), “Uzaqda bir işıq” (2001), “Sevgimə axşam düşür” (2003), “Qızıl qala” (2005), “Poeziya” (3-cilddə 2006), “Sınıq güzgü” (2005), “Dombagözün hekayələri” (2005),“ Can dəftəri” (2008) və sairə kitabların müəllifidir.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S
Dilçi, folklorşünas Cavad Heyətin 100 illiyi, (1925)
Heyət Cavad Mirzəli oğlu – cərrah, türkoloq, publisist, Fransa Cərrahlıq Akademiyasının üzvü (1982), Azərbaycan Yazıçılar Birliyinin üzvü (19920, “Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2008), Azərbaycan Milli yaradıcılıq Akademiyasının fəxri akademiki (1991).
Heyət Cavad Mirzəli oğlu 1925-ci il mayın 23-də Cənubi Azərbaycanda Təbriz şəhərində doğulmuşdur. Burada orta hərbi məktəbi bitirdikdən sonra Tehran Universitetinə daxil olmuşdur. İkinci kursdan İstanbul Universitetinə dəyişdirilmişdir. Burada tibb fakültəsində təhsilini davam etdirmişdir (1943-1946). Tələbəlik illərində tarix və ədəbiyyatla ciddi maraqlanmışdır. Əmək fəaliyyətinə İstanbul universitetinin II cərrahlıq klinikasında cərrah kimi başlamışdır. Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir. (1949-1952). Tehranda Hidayət xəstəxanasında cərrah, sonra klinika direktoru olmuşdur. Sonra Cavad adı ilə özəl xəstəxana açır. Burada saysız-hesabsız cərrahiyə əməliyyatı aparmışdır. Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın təmsilçisi olur (1963). Paris Beynəlxalq Cərrahlıq akademiyasına üzv seçilir (1983). Azərbaycan xalqının dili, tarixi, ədəbiyyatı və mədəniyyəti tələbəlik illərindən onu düşündürmüşdür. Bu problemə kömək məqsədilə “Varlıq” ədəbi jurnalını yaratmışdır (1979). Xarici ölkələrdə keçirilən ədəbiyyat toplantılarında, türkoloji konqres və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Elmi araşdırmaları İran, Türkiyə, Amerika və Azərbaycan dövri mətbuatında vaxtaşırı çap olunur. “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” (1980), “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1988), “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1999), “Türk dili və ləhcələrinin tarixinə bir baxış” (1987), “İki dilin müqayisəsi” (1983) və s. kitabları kütləvi tirajla buraxılmışdır. 2014-cü ilin avqust ayında vəfat etmiş və Bakıda dəfn edilmişdir.
Əsərləri: "Türklərin tarix və mədəniyyətinə bir baxış" (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993.
Elçin Sarvan oğlu Əliyev
Elçin Sarvan oğlu Əliyev 1995-ci il mayın 23-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elçin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elçin Əliyev sentyabrın 27-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavanşir Calal oğlu Əzimov
Cavanşir Əzimov 1997-ci il mayın 23-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Cavanşir Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavanşir Əzimov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Yelmar oğlu Qasımov
Şəhid Qasımov Tural Yelmar oğlu 1991-ci il mayın 23-də Goranboyda doğulub. 11.10.2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Həyat yoldaşının ad günündə şəhid xəbəri gəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tural Qasımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
İmran İlqar oğlu Qurbanov
İmran Qurbanov 23 may 1989-cu ildə Bakı şəhərində, Sabunçu rayonunun Ramana qəsəbəsində dünyaya göz açmışdır. 1996-cı ildə Sabunçu rayon Fikrət Tağıyev adına riyaziyyat təmayüllü 72 saylı liseyə daxil olmuşdur. Azərbaycan Ordusunun kapitanı olan İmran Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan İmran Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmran Qurbanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmran Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş İmran Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Nurlan Yusif oğlu Rzayev
Nurlan Rzayev 1991-ci il mayın 23-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Rzayev oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Rzayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Saleh Samir oğlu Şəfizadə
Şəfizadə Saleh Samir oğlu 2001-ci il mayın 23-də Bakının Maştağa qəsəbəsində anadan olub. Vətən Müharibəsində iştirak edən Saleh Füzuli rayonunun işğaldan azad olunması zamanı yaralanıb. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə alan qazimiz 8 fevral 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Saleh döyüşlərdə göstərdiyi mərdliyə görə, "Vətən Müharibəsi Qəhrəmanı" , "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Alim Davud oğlu Şükürov
Alim Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Alim Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alim Şükürov noyabrın 9-da Zəngilan döyüşləri zamanı Bartaz istiqamətində şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.